19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sergey Zenyov: “Avroliqa mənim turnirimdir”

 “Qəbələ”nin estoniyalı futbolçusu Sergey Zenyov ölkəsinin mətbuatına müsahibə verib.

- Sergey, “Qəbələ”də son dövrlərdəki oyununu necə qiymətləndirirsən? “Bu mövsüm Avropa Liqasında 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmısan.

- Bunu yaxşı qiymətləndirmək olar. Ancaq bu barədə mənim danışmağım düzgün deyil. Nəticələrə baxmaq lazımdır. Mən həmişə komandamın yaxşı nəticə qazanması üçün çalışıram. Son vaxtlar isə nəticələrimiz ürəkaçandır.

- Ardıcıl ikinci ildir ki, Avropa Liqasında yaxşı çıxış edirsən.

- Yəqin Avropa Liqası mənim turnirimdir (gülür). Bəli, Azərbaycan çempionatı ilə müqayisədə Avropa Liqasında daha yaxşı oynayıram. Səbəbini bilmirəm.

- Avropa Liqasının qrup mərhələsində  “Anderlext”, “Maynz” və “Sent Etyen”Iə mübarizə aparacaqsınız. Bu rəqiblərdən ən çətini hansıdır?

- Düşünürəm ki, bu mövsüm bütün rəqiblərimiz səviyyəlidir. Əgər ötən mövsüm Dortmund “Borussiya”sı qrupumuzun favoriti sayılırdısa, indi rəqiblərin hər biri eyni dərəcədə güclüdür. Ancaq bütün rəqiblərlə oynaya bilərik. 

- Komandanız ardıcıl iki ildir ki, I təsnifat mərhələsindən qrup mərhələsinə qədər irəliləyir. Bu, çox çətindir.

- Əlbəttə. Ötən mövsüm yaxşı təcrübə qazandıq. Bu, tək “Qəbələ” üçün yox, bütövlükdə Azərbaycan futbolu üçün uğur deməkdir.

- Azərbaycan çempionatında nə baş verir? Bu mövsüm cəmi iki oyun keçirmisiniz. İndi isə çempionatda uzunmüddətli fasilə yaranıb.

- Orada qrafiki qurmaq çətindir (gülür). 8 komandalı çempionatdır. Sentybarın 10-da növbəti turun oyunları keçiriləcək. Avropa Liqasında mübarizə apardığımız üçün bizim oyunlarımızın qrafikində müəyyən dəyişikliklər olur.

- Millidə qol vurmağı öhdəliyinə götürürsən?

- Mən buna hazıram. Öhdəliyi götürmək istəyirəm.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30