25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Mənim bir doğma komandam var, o da "Bakı”dı” (MÜSAHİBƏ)

AZAL-ın qapıçısı Aqil Məmmədovun müsahibəsi.

- Özünü AZAL-da necə hiss edirsən?

- Hər şey yaxşıdı.

- Komanda bu heyətlə nəyə qadirdi?

- İnşallah, 4-5-ci pillələr uğrunda mübarizə apara bilərik. Bunu bacaracaq uşaqlar var. Baş məşqçimiz Tərlan Əhmədov da uşaqları ruhlandırır. Bu yöndə də işlərimiz davam edir.

- 3 oyunda qazanılan bir xal ümidlərinizi azaltmır?

- Qətiyyən! Hələ çempionat yeni başlayır. Qarşıda xeyli oyunlar var. Mübarizə aparıb yaxşı nəticələr qazanacağımıza inanırıq.

- Bu heyətlə "Neftçi”ni keçmək olar?

- (Gülür). Bunu zaman göstərəcək. İndidən nə deyim?

- "Neftçi”dən niyə ayrıldın?

- Şərtlər qane etmədiyi deyə, yollarımız ayrıldı.

- Az maaş təklif edirdilər?

- Bəli. Əvvəl aldığımdan daha da az...

- AZAL daha çox verir?

- Yox. Sadəcə, biz onu göstərdik ki, pula görə hərəkət etmirik. Biz futbolu pula görə oynamırıq. Bu gün gəlib burada oynamağımın səbəbi... İstəsəydim, "Neftçi” qalmaqla AZAL-da qazandığımın qat-qat artığını alardım. Biz göstərdik ki, oynamaq istəyirik. Pula özümüzü satmırıq.

- "Neftçi” ilə növbəti oyunlar sənin üçün prinsipial əhəmiyyət daşıyacaq?

 - İlk oyunda hakim təmiz qolumuzu versəydi, sizi inandırım ki, nəticə fərqli ola bilərdi. Amma "Neftçi” ilə oyun mənim üçün adi bir çempionat matçından başqa bir şey deyil. Mənim bir doğma komandam var, o da "Bakı”dı. Təəssüf ki, doğma komandam da dağıldı. 

- "Bakı”nın dağılmasında kimdi günahkar?

- Heç kim. Sadəcə, indi dünyanın hər yerində maliyyə böhranı var. Buna görə də Hafiz Məmmədov işlərində bir az çətinliklər yarandı. Bəlkə də vaxtında maliyyə doğru xərclənilmədi.

- "Bakı”ya xərclədiyi pullarla nələr etmək olardı?

- Düzdü, "Bakı” çox pul xərcləyib. Ancaq ölkə futboluna "Bakı”nın akademiyası qədər futbolçu verən olmayıb. Bu gün Azərbaycanın istənilən klubunda o akademiyanın yetirməsi oynayır. Yəni, xərclənilən pulun qarşılığını bunda gördük. Təbii ki, daha artığını etmək olardı. Sadəcə, o vaxt düşünmədilər. Elə bildilər ki, pul elə hər zaman olacaq.

- Yəqin ki, pulların sağa-sola xərclənildiyi vaxt "Bakı”nın dağılacağını heç ağlına da gətirməzdin?

- Komandanın dağılması mənə çox pis təsir edir. "Neftçi”də çıxış edəndə də heç vaxt "Bakı”ya qarşı oynamamışam. Bunu özüm istəmişəm. Xahiş etmişdim ki, doğma komandama qarşı oynatmasınlar. Bir ara komanda çətinliklər çəkdi. Ancaq vəziyyətin bu həddə çatacağı heç kimin ağlına da gəlməzdi.

- Nə yaxşı AZAL-ı seçdin? Başqa təkliflər yox idi?

- Təkliflərim var idi. "Neftçi”də mənə heç bir problem yoxdu, müqavilə bağlayacağıq demişdilər. Düzdü, onlar sözünün üstündə durdular. Ancaq bilməzdim ki, məni gözlədib sonra belə təklif edəcəklər. Vaxtında mənə maaşın məbləğini desəydilər, ona uyğun hərəkət edərdik. Buna görə də yubanma oldu və digər klublara keçməmdə çətinlik yarandı.

- "Neftçi”nin pulu yox idi?

- "Neftçi”nin puluna nə gəlib? SOCAR, ASAN xidmət sponsorlarıdı. Azərbaycanın da bir nömrəli komandasıdı. Yenə deyirəm, mən futbolu pula görə oynamamışam. Sadəcə, söhbət edilən təklifdən gedir. Bu gün sən mənə 5 manat təklif edə bilərsən. Amma baxır ki, sən o 5 manatı necə təklif edirsən. Tərlan müəllimin adamı çağırıb söhbət etməyi milyonlara bərabərdi.

- Səncə,  "Neftçi”də baş məşqçi problemi var?

- Bəli var.

- Komandanı kim düzəldə bilər?

- Bunu zaman göstərəcək.

- Böyükağa Hacıyev işin öhdəsindən gələ bilər?

- Böyükağa müəllim? (gülür). Ona material lazımdı.

- Material nədi, futbolçu?

- "Material” Böyükağa müəllimin sözüdü də. Bilmirəm, materialı tikintidən istəyir, yoxsa beton zavodundan (gülür).

- Hacıyev deyirdi ki, Aqil Məmmədovu futbola mən gətirmişəm.

- Mən "Bakı”ya gələndə Hacıyev komandanın baş məşqçisi idi. Gəldiyim vaxtlarda mənə çox dəstək olub. Ona minnətdarlığımı bildirirəm.

Mənbə: futbol11.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30