19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Maynts" rəsmisi "Qəbələ"dən danışdı

“Təbii ki, hər kəs "Mançester Yunyated"lə eyni qrupa düşməyi arzulayır. Amma "Anderlext" və "Sent-Etyen" də bizə uyğun tanınmış rəqiblərdir. Fantastik azarkeş dəstəyi olacağını düşünürəm". Futbolxeber.az saytının məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniya "Maynts"ının prezidenti Harald Strutz deyib.

C qrupundakı rəqibləri dəyərləndirən klub prezidenti "Qəbələ" haqda da fikir bildirib: "Düşünürəm ki, idman baxımından "Qəbələ" ilə oyuna maraqlı səyahət olacaq. Qrupdan çıxmaq üçün yaxşı imkanımız var".

Klubun idman direktoru Rouven Şredera qrupdakı rəqiblərdən razılığını ifadə edib: "Bu balanslaşdırılmış qrupdur. "Anderlext" və "Sent-Etyen" bir az üstünlüyə sahibdir. Ancaq "Qəbələ" hələ naməlumdur".

Qeyd edək ki, Avropa Liqasının C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynts" (Almaniya) və "Qəbələ" klubları yer alıb (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30