25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qarabağ" rəsmisi: "Çətin qrupa düşmüşük”

"Çətin qrupa düşmüşük. Bu turnirdə asan komanda yoxdur. Amma inanıram ki, yaxşı olacaq". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasında püşkatma nəticəsində düşdükləri J qrupundakı rəqibləri dəyərləndirərkən deyib.

Klub rəsmisi İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klublarına qarşı layiqli mübarizə aparmağa və qrupdan çıxmağa çalışacaqlarını bildirib: "Bir daha qeyd edim ki, Avropa Liqasının qrup mərhələsində asan rəqiblər olmur. Əksinə, biz daha çox işləməli və daha da motivasiyalı olmalıyıq. Düşünsək ki, ikinci yeri tutub qrupdan çıxacağıq, bu, motivasiyamızı azalda bilər. Ona görə də asan qrupa düşdüyümüzə dair fikirlərlə razı deyiləm. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".

Ə.Çəlikəl komandanın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ilə bağlı da danışıb: "Ot örtüyünü yaxşı hala salmaq üçün çalışmalara başlamışıq. Oyunlarımızı bu stadionda keçirəcəyik. İşin gedişatında necə olacağını görəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30