25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Almeyda komandaya sadiq qaldı”

“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Qələbə üçün əllərindən gələni etdilər. Bizə möhtəşəm dəstək verən azarkeşləri də unutmaq olmaz”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avroliqanın pley-off mərhələsinin cavab oyununda “Göteborq”u 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

Oyunsonrası mətbuat konfransında Qurbanov futbolçularının soyuqqanlığını qeyd edib: “Çempionlar Liqasındakı məğlubiyyətdən sonra çətin idi. Futbolçuların soyuqqanlılığı bu uğuru qazanmağımıza səbəb oldu. Əsas odu ki, qrup mərhələsinə düşdük. Ümid edirəm ki, “Qəbələ” də qrup mərhələsinə düşəcək. İnşallah, keçən ilki kimi yenə hər iki komanda qrup mərhələsində çıxış edəcək. Burdan çıxıb “Qəbələ”nin oyununa baxmağa gedəcəyəm”.

Qurbanov qrup mərhələsindəki çıxışlarının püşkatmadan asılı olacağını bildirib: “Hər şey püşkün nətisindən asılıdı. Əvvəlki iki ildə şansımız olsa da, vəsiqə qazana bilməmişdik. Artıq futbolçularımız daha təcrübəlidilər. Kiminsə arzuları barədə düşünmürük. Öz arzularımız, öz məqsədlərimiz var”.

Təcrübəli mütəxəssis Respublika stadionunun qazonundan da söz açıb: “Doğrudan da qazonun vəziyyəti yaxşı deyil. Oyunda hansısa oyunçunun zədələnməsindən çox qorxurdum. Ancaq bu meydançaya öyrəşmişik. Vəziyyətin qrup mərhələsinə kimi düzəlməsinə ümid edirəm”.

Qurban Qurbanov bu gün meydana çıxmayan Bədavi Hüseynovun zədəsinə də toxunub: “Bədavi 3 ay öncə də eyni cür zədələnmişdi. Əzələ zədəsidi. Çox da ciddi deyil. Zədənin daha da pisləşməməsi üçün onun tam sağalmasını gözləyəcəyik”.

“Qarabağ”ın çalışdırıcısı Riçard Almeydaya görə təklif aldıqlarını söyləyib: “Ona görə təklif almışdıq. Səudiyyə Ərəbistanından Almeydanı transfer etmək istəyirdilər. Onlar daha çox pul verirdilər. Lakin Almeyda komandaya sadiq qaldı, qalmağı üstün tutdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30