18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rəşad Sadıqov: “Qol vurduğuma bir anlıq inanmadım”

“Hamını təbrik edirəm. Bu, tək bizim yox, hər kəsin qələbəsidir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Təcrübəli futbolçu “Göteborq”u 3:0 hesabı ilə məğlub etdikləri görüş barədə bunları söyləyib: “Oyundan əvvəl üzərimizdə təzyiq var idi. Çox həyəcanlı idik. Son zamanlar oyunumuz yaxşı alınırdı. Amma nəticə yox idi. Buna görə də eyni halın təkrarlanmasından qorxurduq”.

Təcrübəli futbolçu 3:0 hesabını gözləmədiyini bildirib: “Böyükhesablı qələbə gözləmirdim. Hətta 120 dəqiqəyə də köklənmişdik. Amma oyuna yaxşı başladıq və ardıcıl 2 qol vurdu”.

Sadıqov Azərbaycansayağı künc zərbəsindən qol vurmalarına belə münasibət bildirib: “Bu barədə səhər qərara gəldik. Səhər məşqində fikirləşdik. Qurban müəllimin  bizdən tələbləri var idi. Ona uyğun da hərəkət etdik”.

Meydançanın durumunun yaxşı olmadığını bildirən Rəşad Sadıqov qol vurduqdan sonra sevinməməsi ilə bağlı sualı da cavablandrıb: “Qol vurduğuma bir anlıq inanmadım. Bilmədim qoldu, ya yox. Tərəddüd etdim. Lakin sonradan gördüm ki uşaqlar üstümə gəlir, sevinirlər” (gülür).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30