29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əmrah Çəlikəl: “Tək istəyim Avroliqada qrupdan çıxmaqdır” (MÜSAHİBƏ)

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Göteborq”la oyundan sonra brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran Əmrah Çəlikəlin müsahibəsini təqdim edirik:

- “Qarabağ” 3:0 hesablı qələbə sayəsində qrup mərhələsinə yüksəldi. Təəssüratlarınız necədir?

- Əlavə nəsə deməyə ehtiyac yoxdur. Çox sevinirik. İnşallah, “Qəbələ” də gözlənilən nəticəni qazanar və yenə də 2 klubumuz Avroliqanın qrup mərhələsində çıxış edər. Hamınızı təbrik edirəm.

- İlk oyundakı yenilgidən sonra komandaya tam olaraq inanırdınızmı?

- İnanırdım. Gərginlik hər kəs də vardı. Amma komanda inamı doğrultdu. Buna görə uşaqlara, Qurban Qubranova təşəkkür düşür. Mətbuata da minnədaram ki sona kimi bizə dəstək verdiniz.

- “Qarabağ” gözəl oyun sərgiləsə də, meydançanın durumu bərbad idi...

- Hava şəraitindən hamımız xəbərdarıq. Həm rütubət, həm də öyrəşdiyimizdən də çox isti var. Hava şəraiti bütün meydançalara təsir göstərir. Biz də istərik ki, gözəl meydanda mübarizə aparaq. Belədə bəlkə daha çox qol vurardıq.

- “Qarabağ” qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirə bilərmi?

- Bu haqda danışmaq hələ ki tezdir. Ən yaxşı variantı həyata keçirmək istəyirik.

- Tahir Gözəlin oyunda olmaması nə ilə əlaqədardı?

- Tahir bəy hazırda işgüzar səfərdədir. Oyun boyu bizimlə əlaqə saxlayırdı. Matçda sonra komandanı təbrik etdi. O da qələbəyə görə çox sevinir.

- Qrup mərhələsində “Mançester Yunayted”lə eyni qrupda yer almaq istərdiniz?

- Çox şey istəyə bilərik. Püşk bizdən asılı deyil. Tək istəyim qrupdan çıxmaqdı. Pley-offa vəsiqə qazanmağımızı istəyirəm.

- Yeni transfer mümkündürmü?

- Bu, Qurban Qurbanovun səlahiyyətindədir. O, yeni oyunçu istəsə, rəhbərlik, sponsorlar lazımi şəraiti yaradacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31