24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Nümayiş etdirmək istədiyimiz futbolun nəticə verdiyinə əminəm”

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Maribor” (Sloveniya) - “Qəbələ” qarşılaşmasından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis bunları söyləyib:

“Maribor”u tam təhlil etdikdən sonra Bakıdakı ilk qarşılaşmada gözlədiyimiz komanda gördük. Rəqib çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış, sadə dillə desək, futbol oynamağı bacaran komandadır. Belə ehtimal edirəm ki, Sloveniya klubu öz meydanında daha güclü oynayacaq. Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu, onlar üçün əlavə müsbət məqamdır. Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdur. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bilirik ki, rəqibin də ciddi hədəfləri var. Bu da o deməkdi ki, sabah meydanda maraqlı futbol izləniləcək. Son turda oynamamağımızı üstünlük saymıram. Çünki “Maribor”da demək olar ikinci heyətlə meydana çıxıb. Bəzi futbolçular isə 45 dəqiqə oynayıblar. Rəqib üçün bunu problem saymıram. Gördüyümüz hər işin, nümayiş etdirmək istədiyimiz futbolun nəticə verdiyinə əminəm. Sabahkı oyuna və hazırlığına yanaşmamızın düzgünlüyünə də inanıram. Bu üzdən də güclü qalib gəlsin. Meydanı görmədiyimdən onun durumu haqda heç nə deyə bilmərəm. Əgər ot örtüyü yaxşı deyilsə, hər iki komanda eyni durumda olacaq. Çünki “Maribor” kimi kombinasiyalı futbol oynayan komandaya da yaxşı meydan lazımdır. Oyun zamanı müşahidə olunacaq hava şəraiti də hər iki tərəf üçün eyni olacaq. Rəşad Sadiqovun oynayıb-oynamayacağını özü ilə müzakirə edib, qərar qəbul edəcəyik. Rəqibimizin cari mövsümdə çempionatda qalib gəlməməsinin sabahkı görüşə təsiri yoxdur. Bu matç hər iki klub üçün çox vacibdir. “Maribor”un futbolçuları da bu görüşə motivasiya olunub. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30