29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayev: “Sponsorunu tanıdığım klublardan necə bank təminatı istəyim?”

Bu gün I divizionda yeni mövsümün püşkü atılıb. Futbolxeber.az saytının məlumatına görə, püşkatmadən öncə və sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavalandırıb.

- Artıq neçə ildir ki, klublarımız Premyer Liqaya gələ bilmirlər. Bunda da günah klublardadı. Bu yaxınlarda qərar qəbul olunub. Mövsüm sonunda Premyer Liqanı 1 komanda tərk, diviziondan isə 3 komanda onları əvəz edəcək. Bizim heç kimə qarşı qərəzimiz yoxdu. Qoy, klublar iindidən sənədləşdirmə işlərini qaydasına qoysunlar. Şəxsən mən “Neftçala”nın çempionatdan uzaqlaşmasının əleyhinə oldum. Futbolçu futbol oynamalıdı. “Səbail”in birbaşa birinci divizona buraxılmasına görə tənqid olundum. Amma onlar olmasaydı, yarışda 13 komanda iştirak edəcəkdi. Bu, bir şansdı ki, komandalar Premyer Liqaya hazırlaşa bilsinlər. Heç kimə qarşı ayrı-seçkilik ola bilməz. “Mil-Muğan” mənim nəzarətimdə olacaq. Amma mənim üçün fərqi yoxdu, hamıya kömək edirəm. Hətta mən olmasaydım, “Turan Tovuz” məhv olacaqdı. Futbolu bölgələrə daşımalıyıq. Çempionatda heç kimə güzəşt olmayacaq. Elə bir komanda yoxdu ki, gəlib bizdən yardım istəyib, rədd cavabı alsın. Danışılmış oyunlarla bağlı bizə sübut lazım deyil, şübhə bəsdi.

- Qeyd etmişdiz ki, 300 min bank təminatı verməyən klublar I diviziona buraxılmayacaq. Amma “Energetik”, “Göyəzən”, “Şahdağ” kimi klubların 300 minlik bank təminatı verməsi inandırıcı deyil...

- “Energetik”in sponsoru icra başçısıdı. Pul məndə seyfdədi, istəyirsiniz göstərim. “Turan Tovuz”u biz maliyyələşdiririk, ondan mən necə pul alım? Məsələn, “Şuşa” təminat verə bilmədi, buraxmadıq.

- Bəs, “Bakı” niyə I diviziona buraxılmadı?

- Bank təminatı verə bilmədilər. Ona görə də “Bakı” I divizionda çıxış etməyəcək.

Müdafiə nazirimiz MOİK-ə tapşırıq verib ki, oynayın, Premyer Liqaya vəsiqə qazanın. Şübhəniz olan bütün klublardan pul almışam. “Səbail”in sponsorunu tanıyıram, ondan mən necə təminat alım?

- Belə çıxır ki, “Bakı”nın sponsorunu tanımırsız?

- Hafiz Məmmədova böyük hörmətimiz var. Amma məsələ sponsordadır.

- “Bakı”nın Hafiz Məmmədovdan başqa sponsoru yoxdur axı..

- Bu artıq siyasi sualdı.

- Ötən mövsüm I divizionda yalnız 1-2 stadiondan canlı yayım olurdu. Bu il yayımla bağlı vəziyyət necə olacaq?

- Çalışacağıq ki, maraqlı oyunları yayımlayaq. Elə matçlar var ki, həmin görüşlərə maraq yoxdu. Hansı ki, həmin oyunlarda milliyə namizəd futbolçular var. Bu cür qarşılaşmaları göstərmək marağındayıq.

- I divizion üçün hansısa sponsorla danışıqlar aparılıb?

- Çox ciddi bir şirkət sponsorluq etmək istəyirdi. Sadəcə, vergiyə görə imtina etdilər.

- Qeyd etdiniz ki, bəzi komandaları tanıyırıq və təminata ehtiyacımız yoxdu. Onda əsasnamə nəyə lazımdı?

- Bu əsasnamədə qeyd olunub. Diqqətlə oxusanız görərsiniz ki, belə hallar PFL-in ixtiyarındadı. Yarışı keçirən mənəm və səlahiyyətim çatır ki, kimlərdən təminat ala bilərəm, kimlərdən yox.

- Sizdə əvvəlcədən hansısa danışılmış oyunlarla bağlı məlumat olarsa, ekspert komissiyası bununla bağlı nə işlər görəcək?

- Elə bir komissya var. Şəxsən “Qaradağ Lökbatan” - “Şərurspor” oyununda nümayəndələrimiz var idi. Bizə də maraqlıdı ki, bu faktı sübut edib, onları çempionatdan uzaqlaşdıraq ki, digərlərinə də dərs olsun. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31