29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA və PFL-in yalanları: Məqsəd “Bakı”nı bitirmək idi...YAZI

Hər dəfə AFFA rəsmilərindən “Biz “Bakı”nın yaşaması üçün çox çalışdıq” cümləsini eşidəndə adam dəli olur. Elxan Məmmədov dünən jurnalistlərə müsahibəsində yenə eyni fikri səsləndirib. Artıq yetər. İnsanları nə vaxta qədər aldatmaq olar? Hamı bilsin, agah olsun ki AFFA “Bakı”ya bu günə qədər heç bir köməklik göstərməyib. Bir dəfə klubun kommunal xidmətlərə görə olan borclarını ödəmişdilər. Həmin pulu da “Bakı”nın bank təminatı aktivləşdikdən dərhal sonra geri götürdülər. Yəni, tam əminliklə yazıram ki hamı bilsin - AFFA BU GÜNƏ QƏDƏR “BAKI”YA HEÇ BİR KÖMƏKLİK GÖSTƏRMƏYİB!!!

Amma insanlar arasında bunun əks görüntüsünü yaratmağa çalışanlar var. Hətta klubun bank təminatı aktivləşdirilərkən “AFFA “Bakı”nın futbolçularının maaşlarını ödəyir” kimi gülünc iddia da ortaya atılmışdı. Lakin tezliklə “Bakı”nın prezidenti Hafiz Məmmədov bu iddiaları rədd etdi və futbolçulara ödənilən pulun AFFA ya deyil, klubun sponsoru olan “Baghlan Group”a məxsus olduğunu bildirdi.

AFFA “Bakı” üçün heç nə etməsə də, “Bakı” Azərbaycan futbolu üçün çox iş görüb. Hafiz Məmmədovun 30 milyon dollar xərcləyərək inşa etdirdiyi möhtəşəm bazadan Azərbaycanın bütün yaş qrupu üzrə yığmaları yararlanıblar. Üstəlik, ölkəmizə gələn əksər əcnəbi yığmalar məhz “Bakı”nın bazasında məşq keçiblər. Və bütün bunlar TƏMƏNNASIZ olub. Yüzlərlə, bəlkə də minlərlə məşq prosesinə görə AFFA “Bakı”ya heç bir ödəniş etməyib. Ən əsası isə “Bakı” Azərbaycanın müxtəlif yaş qrupları üzrə milliləri üçün 40-dan artıq futbolçu hazırlayıb. Məhz “Bakı”nın yetirmələri olan onlarla futbolçu bu gün əsas, U-21, U-19, U-17, U-15 yığmamızın heyətində forma geyir.

Hörmətli oxucu, AFFA-nın “Bakı” üçün etdiklərini də diqqətə çatdırdıq, “Bakı”nın AFFA üçün etdiklərini də. İndi özünüz qərar verin, kim kimin daha çox üçün çalışıb?

Elxan Məmmədov növbəti dəfə çıxışında “Bakı”nın bazasına toxunub. Bu, ilk belə hal deyil. Daha əvvəl AFFA prezidenti Rövnəq Abdullayev də “zolaqlılar”a məxsus bazadan söz açmışdı.

Bir sözlə, “BAKI”NI BİTİRƏNLƏRİN NÖVBƏTİ HƏDƏFİ KLUBUN BAZASINI ƏLƏ KEÇİRMƏKDİ. Amma bu, elə də asan olmayacaq. Hafiz Məmmədov bazanı ələ keçirməyinizə imkan verməyəcək.

Sual yarana bilər ki, “Bakı” Azərbaycan futbolu üçün bu qədər iş gördüyü halda, AFFA niyə kluba qarşı çıxsın? Cavab çox sadədi. PAXILLIQ, QISQANCLIQ!

“Bakı” və Hafiz Məmmədovun uğurları, Azərbaycan adına görülən işlər AFFA-da oturan bəzi adamların xoşuna gəlmir. Onlar “Bakı”nın gördüyü işləri həzm edə bilmirlər. Hər şey də bundan sonra başladı.

Əvvəlcə mətbuatda “Hafiz Məmmədov AFFA prezidenti olacaq” fikri ortaya atıldı. Bununla da, Rövnəq Abdullayevlə Hafiz Məmmədovun arasına narazılıq saldılar. Beləcə anbaan, günbəgün həmin insanlar istəklərinə çatdılar. “Bakı” artıq komadadı...

Bu gün I divizionda yeni mövsümün püşkü atılır. 14 komanda arasında “Bakı”nın adı yoxdur. Əvəzində AFFA-nın sayəsində “Turan”, “Zaqatala”, “Mil Muğan”, “Səbail” var. Növbəti mövsüm Premyer Liqaya da məhz bu 4 komanda vəsiqə qazanacaq. “Bakı”nı isə I diviziona buraxmadılar. Çünki “Bakı” bu gün PFL-ə 300 minlik bank təminatı verməyib. Bəs “Rəvan”, “Bakılı”, “Şahdağ”, “Göyəzən”, “Energetik”? Bu klubların bank təminatı göstərməsini iddia etmək absurddu. “Rəvan”ın heç Premyer Liqada büdcəsi 300 min olmayıb. “Şahdağ”da futbolçularla aylarla maaş almayıb. “Energetik” səfərə baş məşqçi də daxil olmaqla 14 nəfərlə yollanır. Siz indi iddia edirsiz ki bu komandaların 300 mini var???

Hər şey gözdən pərdə asmaq üçündür. Futbolumuz inkişaf edir, bölgələrdə futbol var. I divizionda 14 komanda yarışır və s. İnanan daşa dönsün...

İBRAHİM

P.S. Bir gün “Bakı” da qayıdacaq, Hafiz Məmmədov da. Bax, onda çox adam etdiklərinə görə cavab verməli olacaq. İnanaq ki, o günü görmək bizə qismət olacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31