29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rahid Əmirquliyev: “Bu, bizim üçün ən vacib oyun olacaq”

“Havaya görə qaçmaq, oynamaq çətin idi. 3:0 hesablı qələbə baxmayaraq,hər hansı rahatlıqdan söhbət getmir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın üzvü Rahid Əmirquliyev Topaz Premyer Liqasının III turunda “Neftçi”ni 3:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra deyib.

Təcrübəli yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsinin ilk oyununda səfərdə “Göteborq”a 0:1 hesabı ilə uduzduqları görüşdən də danışıb: “Səfərdə üstün oynadıq. Yaxaladığımız qol şanslarından yararlana bilmədik. Rəqib isə qapımıza 2 zərbə vurdu ki, onun da biri qol oldu. Ev oyununda şansımızı boşa verə bilmərik. Bu, bizim üçün ən vacib oyundu. Sabahdan həmin görüşə hazırlaşacağıq”.

Əmirquliyev artıq formasını bərpa etdiyini bildirib: “Uzun müddət oynamadım. İndi bir qədər oyun praktikasının yoxluğundan əziyyət çəkirəm. Formamı təzədən yığıram. Düşünürəm ki, meydana çıxmağa tam hazıram”.

“Qarabağ”ın üzvü millimizin baş məşqçisi Robert Prosineçkidən dəvət gözlədiyini gizlətməyib: “Millinin heyəti ilə bağlı yekun qərarı baş məşqçi qəbul edir. Mən özümü millidə oynamağa hazır sayıram”.

Rahid Əmirquliyev cari mövsümdə Topaz Premyer Liqasında komandaların sayının 8-ə enməsinə də toxunub: “Komanda sayı nə qədər çox olsaydı, çempionat da bir o qədər maraqlı olardı. Hazırda bəzi komandalar yaxşı təsir bağışlamırlar. Düşünürəm ki, zamanla onlar da yaxşı oyun göstərəcəklər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31