18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

FİFA “Turan”ın 6 xalını sildi

Premyer Liqada yerini qoruya bilməyən “Turan” növbəti zərbəni alıb. Apasport.az saytının məlumatına görə, Tovuz klubu növbəti mövsümdə çıxış edəcəyi I diviziona -6 xalla başlayacaq. Bu da “Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun onunla müqaviləsini birtərəfli şəkildə pozmağının qarşılığında kompensasiya vermədiyinə görə FİFA-nın çıxardığı qərarı ilə bağlıdır.

Artıq dünya ali futbol qurumu bununla əlaqədar AFFA-ya rəsmi məktub göndərib və məsələyə İntizam Komitəsinin iclasında baxılıb. Qurumun sədri Tofiq Fətullayev apasport.az-a açıqlamasında məlumatı təsdiqlədi: “Bəli, FİFA-dan Şensoya kompensasiyanın ödənilməməyi ilə bağlı FİFA-dan məktub almışdıq və buna iclasımızda baxdıq. Çıxarılan qərara əsasən “Turan”ın 6 xalı silinib. Bu, başa çatan yox, növbəti mövsümə aiddir. Yəni komanda I divizionda mübarizəyə -6 xalla başlayacaq”.

“Turan”ın vitse-prezidenti Namiq Məstanov da qərarla bağlı məlumatlı olduqlarını bildirib: “Bu, klubumuzun əvvəlki rəhbərliyinin dövründə olub. Şensoy FİFA-ya şikayət etmişdi və ona 120 min dollar təzminat ödənilməlidir. “Turan”ın maddi durumunun, borclarının olduğu məlumdur. Biz həmin məbləği ödəyə bilmədiyimizdən, FİFA 6 xalın silinməyi ilə bağlı qərar çıxarıb. Bilirik ki, ordan göndərilən məktuba AFFA-nın İntizam Komitəsində baxılaraq məsələ rəsmiləşib. Ancaq həmin qərar bizə göndərilmədiyindən, 6 xalın başa çatan, yoxsa növbəti mövsümdən silinməyi haqda bixəbərik”.

Qeyd edək ki, FİFA-nın 6 xalı silinməyi ilə bağlı qərarı və AFFA-nın İntizam Komitəsinin bunu təsdiqləməyi futbolumuzda ilk belə olay deyil. Ötən mövsümün sonunda “Xəzər Lənkəran”ın braziliyalı sabiq futbolçusu Romulo Silvoya borcuna görə bu hal yaşanmışdı. Ancaq lənkəranlıların Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayəti müsbət bəhrəsini verərək, 6 xalı qaytarılmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30