19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Filip Ozobiç: “Hələ qrup mərhələsinə yüksəlməmişik” (MÜSAHİBƏ)

 “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Futbolxeber.az saytına müsahibə verib.

- Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Maribor”u 3:1 hesabı ilə məğlub etdiniz. Görüşlə bağlı nə deyə bilərsən?

- Qələbə qazandığımız üçün sevinirəm. Yaxşı oynadıq. Sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Uğurlu çıxışımızı davam etdirməliyik. Artıq qrup mərhələsinə çox yaxınıq.

- Cavab oyunu öncəsi “Qəbələ” nə qədər üstündür?

- Bu, ilk oyun idi. Cavab qarşılaşmasına çox ciddi hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz. Çünki “Maribor” zəif rəqib deyil. “Qələbə” hələ qrup mərhələsinə yüksəlməyib. Hər şeyə Sloveniyada aydınlıq gələcək. Ikinci oyun daha çətin keçəcək. Çünki rəqib öz meydanında daha yaxşı oyun göstərməyə çalışacaq.

- Matça yaxşı başlasanız da, hesabı “Maribor” açdı. İlk qolu rəqibin vurması komandanın üzərində əlavə təzyiq yaratdı?

- Yox, heç bir əlavə təzyiq hiss etmədik. Hər şey qaydasında idi. Bizim də qol vurmaq üçün şanslarımız var idi. Amam sonradan vəziyyəti dəyişdik və qol imkanlarını reallaşdırdıq.

- Fasilədə nə dəyişdi ki, ikinci hissədə “Qəbələ” rəqibə göz açmağa imkan vermədi?

- Baş məşqçimiz bəzi dəyişikliklər etdi. Biz də onun tapşırıqlarını yerinə yetirdik.

- Bir neçə gün əvvəl “Maribor”un idman direktoru Zlatan Zahoviç Futbolxeber.az saytına müsahibəsində “Qəbələ”nin lideri Filip Ozobiçdi” demişdi. Necə düşünürsən, ilk oyundan sonra o, fikrində qaldı?

- Bunu demək çətindi. Amma “Maribor”la oyunda tək mən yox, bütün komanda yaxşı oynadı. Kimin qol vurması önəmli deyil.

- Matçın sonlarında əvəzlənməyini istədin...

- Hə, bir qədər yorğunluq var idi. Artıq oyunun taleyini həll eləmişdik. Ona görə də əvəzlənməyimi istədim.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30