24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Rəşad Sadiqov: “Oyunu kənardan izləmək mənə çox ağır gəlir”

“Oyunu kənardan izləmək mənə çox ağır gəlir. İnanıram ki, komandamız mənim yoxluğumu hiss etdirməyəcək və qələbə qazanmağı bacaracaq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadiqov deyib.

“Qəbələ” hal-hazırda Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində doğma azarkeşləri önündə “Maribor”u qəbul edir. Zədə səbəbindən sözügedən oyunda iştirak edə bilməyən Sadiqov komandasından yalnız mübariz oyun gözlədiyini vurğulayıb: “Komandamıza heç bir tapşırıq verməmişəm. Lazım olan sözləri baş məşqçimiz deyib. Sadəcə, mən uşaqlara ürək-dirək verirəm. Komandadan mübariz oyun və yalnız qələbə gözləyirəm”.

Sadiqov “Qəbələ”nin qrup mərhələsinə vəsiqə qazanmaq gücündə olduğunu açıqlayıb: “Qrup mərhələsinə vəsiqə qazanmaq şansımız var. Ancaq komandaların şanslarını bərabər qiymətləndirirəm.  Biz “Lill”i keçmişiksə, rəqibimiz də güclü komandalara boyun əydirməyi bacarıb. Kim istəkli olacaqsa, o komandada mərhələ adlayan tərəf olacaq”.

Kapitan zədəsi barədə də danışıb. O, “Maribor”la cavab oyununda iştirak edə biləcəyini deyib: “Zədəm düzəlmək üzrədir. Çalışacam ki, cabab oyununda meydana çıxım. Buna ümid var və 90 faiz cavab oyununda meydanda olacam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30