20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Əvvəl Milaniç, sonra Qriqorçuk

Avqustun 18-i UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda “Qəbələ” Sloveniyanın “Maribor” komandasını qəbul edəcək. Futbolxeber.az saytının məlumatına görə, “Dalğa Arena”da baş tutacaq “Qəbələ” - “Maribor” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - avqustun 17-də saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Maribor”un baş məşqçisi Darko Milaniç çıxacaq. 20:30-da isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maribor” saat 20:00-da "Dalğa Arena"da, “Qəbələ” isə 18:30-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.

Qeyd: Akkreditasiyadan keçmiş media nümayəndələrinin "Dalğa Arena"ya çatdırılması üçün klub tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da Gənclik metrostansiyasından yola çıxacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30