20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zərgərovun yubileyləri: 250-ni arxada qoydu, 50-ni gözləyir

Samir Zərgərov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının II turunda baş tutub. Bu yay “Qəbələ”dən “İnter”ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib. Yüksək liqada 2004/05 mövsümündə “Ədliyyə”nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.

Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. “Qəbələ”də 95, “Ədliyyə”də 30, “Simurq”da 28, “Kəpəz”də 25, “Standard”da 23 matça çıxan Zərgərov “İnter”də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri - “Kəpəz”lə görüşəcək.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30