18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Türkiyədə də oynaya bilərdim, amma "Qarabağ"ı seçdim”

"Bu, mənim karyeramda yeni səhifədi. Seçimimdən tam razıyam. Türkiyədə də oynaya bilərdim. Amma "Qarabağ"ı seçdim. Çünki bu klubla yenidən Avropa Liqasında oynamaq şansı qazanacağam". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın yeni transferi Dino Ndlovu deyib.

Afrikalı hücumçu Ağdam klubu haqda xoş sözlər söyləyib: "Qarabağ" güclü və möhtəşəm klubdur. Əla infrastrukturu var. Məncə, belə şəraiti əksər klublar sadəcə, arzu edə bilər. "Qarabağ"da oynamaq fürsətini əldən verə bilməzdim. "Qarabağ"ın yaxşı layihələrinin olduğunu gördüm. Buna görə də özümü bu komandada sınamaq istədim. Onlar da bu layihələrdə mənim xidmətimdən yararlanmaq istəyirlər”.

Dino Ndlovu  Azərbaycanda oynayacaq ilk cənubi afrikalı futbolçudur. 26 yaşlı hücumçu bu barədə də danışıb: "Bəli, mən özümü burada sübut etməliyəm. Cənubi Afrika Respublikasında istedadlı futbolçuların olduğunu göstərməliyəm. Biz peşəkarıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30