28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA-da qızlar millisinə pul tapılır, oğlanlara yox? (QEYD)

Avqustun 14-dən etibarən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milliləri təlim-məşq toplanışına başlayıblar. Həm oğlanlar, həm də qızlar. Yeganə fərq ondadır ki, qızlar millimiz Belarusda, oğlanlar isə Bakıda hazırlaşır. Hər iki yığma Avropa çempionatının seçmə mərhələ oyunlarında mübarizə aparacaq.

Qızlar milllimiz 15-20 sentyabr tarixlərində Bakıda İspaniya, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq. Nazim Süleymanovun komandası isə oktyabrın əvvəlində Litvada meydan sahibləri, Avstriya və Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.

Seçmə mərhələyə hazırlaşan yığmalarımızın hazırlıq keçməsi normal haldı. Amma anlaşılmayan odur ki, AFFA-da yığmalara qarşı fərqli münasibət göstərilir. Belə ki, qızlar kimi oğlanlar yığmamızın da ölkə xaricində hazırlıq keçməsi nəzərdə tutulmuşdu. Amma sonradan maddi məsələlərə görə toplanış təxirə salındı. Əgər pul yoxdusa, qızlar millisi xaricə necə yollanır? Belə çıxır ki, qızlara pul var, oğlanlara yox? Yox, pul ancaq 1 yığmanın xaricdə toplanış keçməsinə bəs edəcək qədərdisə, o zaman da məhz Nazim Süleymanovun komandası ölkə xaricinə getməliydi. Səbəb çox sadədir. Çünki oğlanlar yığmamız seçmə mərhələ oyunlarını ölkə xaricində, qızlar isə Bakıda keçirəcək. Göründüyü kimi, anlaşılmaz bir qərardı.

Ümumiyyətlə, qızlar yığmasına AFFA-nın həddindən artıq çox diqqət ayırması dəfələrlə tənqid olunub. Açıq-aşkar etiraf etmək lazımdır ki, qadın futbolu bizə yaddır. Mentalitet və digər məsələlər ölkəmizdə bu idman növünün inkişafına mane olur və olacaq da. Qadınlardan ibarət yığmalarımızdan uğur gözləməyə dəyməz. Tutaq ki, lap uğur qazanıldı, bununla nə dəyişəcək ki? Zaman-zaman AFFA-da qızlar yığmamızın vasitəsi ilə böyük pulların yeyildiyi barədə yazılar gedib. Son proseslər də yayılan söz-söhbətin əsassız olmadığını düşünməyə əsas verir. Yaxşı olardı ki, qənaət rejimində çalışan AFFA qızlar yığmasına da qənaətlə yanaşsın...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31