28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Statistika “Qəbələ”nin tərəfindədi: Kulbakovun idarə etdiyi oyunlarda “Maribor” qola həsrətdi

Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” - “Maribor” oyununu belaruslu Aleksey Kulbakov idarə edəcək. Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı belaruslu 2005-ci ildə FIFA referisi adını daşıyır.

Buna qədər Kulbakov 1 dəfə yığmamızın, 1 dəfə də “Qarabağ”ın oyununu idarə edib. 2011-ci ilin 10 avqustunda yığmamız belaruslunun baş hakim olduğu yoxlama oyununda Makedoniyaya 0:1 hesabı ilə uduzub. 2014-cü ilin 2 oktyabrında Avroliqanın qrup mərhələsində baş tutan “İnter” - “Qarabağ” görüşünü də Kulbakov idarə edib. Həmin görüş Ağdam klubunun 0:2 hesablı yenilgisi ilə tamamlanıb.

Belaruslu referi 2 dəfə “Maribor”un görüşlərində baş hakim olub. Bu oyunlarda qol vura bilməyən Sloveniya klubu qələbəyə həsrət qalıb. 2012-ci ilin 6 avqustunda Çempionlar Liqasının III təsnifat mərhələsində keçirlən “Maribor” - APOEL görüşündə qapılara qol vurulmayıb. 2009-ci ilin 27 avqustunda keçirilən “Sparta” - “Maribor” oyunu isə Praqa klubunun 1:0 hesablı qələbəsi ilə tamamlanıb.

Onu da qeyd edək ki, "Qəbələ" - "Maribor" matçının dördüncü hakimi Denis Şerbakovdur. Bu referi "Qəbələ" - "Samtredia" görüşündə (5:1) baş hakim olub. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31