29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz”in müdafiəçisi: “Sanki adamın ürəyi dayanacaqdı” (MÜSAHİBƏ)

“Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev AZAL-la oyundan sonra Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb:

- “Kəpəz” ikinci turda da qələbə qazana bilmədi. Qalib gəlməyinizə nə mane oldu?

- Oyun saat 5-də başlamışdı. Hava çox isti idi. Qaçmaq olmur. Sanki adamın ürəyi dayanacaqdı. Düzdü, qələbə qazana bilərdik. Bunun üçün şanslarımız da oldu. Amma həmin epizodlardan yararlana bilmədik. AZAL da yaxşı müdafiə olunurdu. Rəqibin zəif olmadığını bilirdik. Müdafiələrini yara bilmədik.

- Hakim mübahisəli epizodda penalti təyin etməməklə səhvə yol verdi?

- Hakimin qərarına hörmətlə yanaşırıq. Qapının arxasında əlavə hakim də vardı. O epizodu görürdü. Amma AZAL-ın müdafiəçisi penalti olduğunu söylədi.

- Rəqibin oyundan belə təsvir yaranırdı ki, sanki Gəncəyə 1 xal üçün gəliblər. Razısan bu fikirlə?

- Lovğalıq kimi çıxmasın, amma Gəncədən 1 xal qayıtmağı çox komanda arzulayır. Biz qalib gəlmək istəyirdik. Azarkeşlərimizi sevindirmək istəsək də, qələbə qazanmaq mümkün olmadı.

- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. “Kəpəz” qələbə həsrətinə həmin oyunda son qoya biləcək?

- Həmin görüşə çox ciddi hazırlaşacağıq. Çalışacağıq ki, mütləq qalib gələk.

- Ötən illə müqayisədə komandada maddi vəziyyət necədir?

- Heç bir problemimiz yoxdu. Ötən mövsümə görə bütün pullar ödənilib. Çempionat təzə başlayıb. Əminəm ki, bu dəfə də hər hansı bir problem yaşanmayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31