18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” bu faktı çoxdan təsdiqləyib”

“İnter”in baş məşqçisi Zaur Svanadze avqustun 12-də Azərbaycan Premyer Liqasının II turunda “Qəbələ”yə qarşı keçiriləcək görüş haqda danışıb. Futbolxeber.az saytının məlumatına görə gürcü mütəxəssis rəqibin güclü olduğunu vurğulayıb:

“Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki qaydada davam edir. Komandada zədəli futbolçularımız yoxdur.

Bildiyiniz kimi, “Qələbə” çox yaxşı komandadır. Bu faktı çoxdan təsdiqləyib. “Qəbələ” ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilər. Biz “Qəbələ” klubuna Avropa Liqasında uğurlar arzulayırıq. Bu komandanın necə oynadığını bilirik və həmin oyuna ciddi hazırlaşacağıq. Oyun həmişə olduğu kimi, çətin olacaq. Bütün oyunlar bizim üçün ağır və çətin olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30