29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Böyükağa Hacıyev: "Riçard Almeyda zəifləyib"

“AZAL-IN TƏMİZ QOLUNU HAKİM QEYDƏ ALMADISA, BU OYUNA NECƏ BAXMAQ OLAR?!”

"Çempionatda ilk turun bütün oyunlarını izləmişəm. "Neftçi", "Qəbələ", "Sumqayıt" və "İnter" qələbə qazandı. Lakin bu nəticələr hər şeyin həll olunduğu demək deyil". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Azərbaycan Prmeyer Liqasında ilk tur haqqında danışan B.Hacıyev futbolçulardan narazılığını ifadə edib və futbolun inkişaf etmədiyini bildirib: "Qarşıda uzun çempionat var. Hələ çox dəyişikliklər olacaq. İlk tura əsasən demək olar ki, səviyyə elə əvvəlki kimidir. Futbol inkişaf etmir. çünki rəqabət yoxdur. O gün "Neftçi"də Araz Abdullayevi axtardım, ancaq tapa bilmədim. O gün Mirhsüeyni "İnter"də axtardım, tapa bilmədim. Kimləri tapdım? Köhnə hamam, köhnə tas. Elə bir legioner yoxdur ki, onu qarşımıza qoyub istifadə edək. "Qarabağ"da Riçard Almeyda var, amma o zəifləyib. Əvvəlki illərdəki kimi oynamır. Sentyabrın 4-də milli komanda San Marino ilə oynayacaq. O vaxtadək komandalar futbolçuları hazırlamalıdır ki, Robert Prosineçki də öz seçimini etsin".

"Neftçi"nin sabiq baş məşqçisi AZAL - "Neftçi" oyununda baş hakim Rəhim Həsənov tərəfindən meydan sahiblərinin qeydə alınmayan qolu ilə bağlı da fikirlərini söyləyib: "O oyunu çoxları izləyib. AZAL-ın təmiz qolunu hakim qeydə almadısa, bu oyuna necə baxmaq olar?! Hesab 0:0 olanda qol vurulur, amma hakim bunu saymır. Bu, oyunun qırılma nöqtəsi oldu".

Komitə üzvü "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən və milli komandanın dünya çempionatının seçmə mərhələsinin San Marino ilə keçiriləcək ilk oyununda danışıb: "Vaxt lazımdır. Bu barədə indidən danışmaq tezdir. Qrupa düşmək olar. Ümid ən sonda ölür. San Marinoya gəlincə, bu oyun asan gəlir. Ancaq bu gün balaca iş böyük problemə çevrilir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31