16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Kamran Quliyev: “Bu, ən ağır çempionat olacaq”

“Zirə”yə qalib gələcəyimizi gözləyirdik. Çünki komanda çox yaxşı hazırlıq keçib. Uğur qazanmaq üçün futbolçulara hər bir şərait yaradılıb. İlk matçımız çox maraqlı alındı. Görüş elə idi ki, biz də qalib gələ bilərdik, “Zirə” də. Elə alındı ki, sonda biz istəyimizə çatdıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.

O, cari mövsümün çox gərgin keçəcəyini bildirib:  “Cari mövsümdə Premyer Liqada 8 komanda yarışır. Bu, ən ağır çempionat olacaq. Zəif, ortabab deyilən komanda olmayacaq. Demək olar ki, əksər klubların səviyyəli eynidir”.

Klub prezidenti “Sumqayıt”ı cari mövsüm neçənci yerdə görürsüz” sualını belə cavablandırıb: “Hələ ki ilk “dördlük”dəyik (gülür). Çempionat yeni başlayıb. İndidən nəsə demək çətindir. İlk 2 dövrədən sonra hansısa proqnoz vermək mümkündür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30