29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Bu, mənim üçün ən sevindirici haldı”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Futbolxeber.az saytına müsahibəsi

- “Qəbələ” “Kəpəz”i 2:0 hesabı ilə məğlub etməklə Premyer Liqa mövsümə uğurla start verdi. Komandanızın oyunundan razı qaldınız?

- Oyun gözlədiyimiz kimi gərgin keçdi. Keçən il Avroliqadan çempionatda keçiddə çətinliklər vardı. Bu dəfə də eyni halın yaşanmasına görə narahat idik. Lakin çempionata uğurla start verə bildik ki, bu da bizi sevindirir. Düzdür, “Kəpəz”lə görüşün əvvəlində komanda bir qədər çətinlik çəkdi. Amma sonradan futbolçular özlərinə gəldilər və layiqli qələbə qazandıq.

- Avroliqadakı komanda ilə çempionatdakı “Qəbələ” arasındakı fərq çox hiss olunur?

- Təbii ki fərq var. Yəqin ki, bu fərqi siz də hiss edirsiz. Aydın məsələdir ki, 2 turnir bir-birindən tam fərqlənir. Motivasiya, atmosfer, heyətdəki dəyişikliklər - bütün bu amillər komandanın oyununa təsirini göstərir.

- Bilirik ki, siz daim akademiyanın yetirmələrinə böyük diqqətlə yanaşırsız. Bu baxmdan akademiyanın bir neçə üzvünün “Kəpəz”lə matçda meydanda olması sizi sevindirməyə bilməz...

- Bu, mənim üçün ən sevindirici haldı. Əsas heyətdə akademiyamızın 2 üzvü yer alırdı. Daha 2 nəfər də sonradan meydana daxil oldu. 3 yetirməmizin meydanda olması çox müsbət haldır.

- Tellur Mütəllimovu matçın qəhrəmanı saymaq mümkündür?

- Onun oyununu hamı bəyəndi. Həm qol vurdu, həm məhsuldar verdi. Üstəlik, matçın gedişində də ağıllı oyun göstərirdi. Bu, məni çox sevindirir. Artıq akademiyamızın bəhrəsinin görməyə başlayırıq. Deməli, düz yoldayıq İnanıram ki, gələcəkdə daha böyük uğurlar olacaq.

- Amma razılaşarsız ki, gənclərlə çempionluq uğrunda mübarizə aparmaq asan olmayacaq.

- Bilirik ki, çətin olacaq. Akademiyanın uşaqları ilə təcrübəli futbolçunun arasında fərq var. Eyni zamanda həm onu, həm bunu edə bilmərik. Bu səbəbdən də seçmimizi etmişik. Gənclərlə yolumuza davam edirik. Yaxşı nəticəyə ümid etməliyik. Akademiyada yaxşı yetirmələrimiz var. Onların hər birinə inanırıq.

- Yeni hücumçu axtarışı nə yerdədir?

- Axtarışlarımız davam edir. Namizədlər var. Siyahı baş məşqçiyə təqdim edilib. Hazırda o, namizədlər arasında seçim aparır.

- “Maribor”la oyuna qədər transferi rəsmiləşdirmək mümkün olacaq?

- Bunun üçün çalışırıq. Mümkündür ki, yeni transferimiz pley-offun ilk matçına kimi sifariş olunsun. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31