25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Məqsədimiz çempion olmaqdır”

“Qəbələ” sabah Topaz Premyer Liqasının 2016-2017-ci illər mövsümündə ilk oyununa çıxacaq. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə “Kəpəz”i qəbul edəcək. Klubunun yetirməsi Elvin Camalov yeni mövsüm və çempionatın ilk matçı haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Sabah çempionatda ilk matçımıza çıxacağıq. UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini keçdikdən sonra fikrimizi Premyer Liqaya yönəltmişik. Yeni mövsümdə bir məqsədimiz var ki, bu da çempion olmaqdır. “Kəpəz”lə görüş bizim üçün qızıl medallar uğrunda mübarizənin başlanğıcıdır. İlk rəqibimiz olan “Kəpəz”i yaxşı tanıyırıq. Təəssüf ki, bu komanda avrokuboklarda mübarizəni dayandırdı. Azərbaycanın hər bir klubunun qitəmiqyaslı turnirlərdə mümkün qədər irəliləməsini istəyirəm. İndi onların da çempionata yüksək motivasiya ilə hazırlaşdığını düşünürəm. Sabah meydanda əsl mübarizə olacağına ümid edirəm. Avrokuboklardakı uğurlu oyunlardan sonra motivasiyamız çox yüksəkdir. Tamamilə qələbəyə köklənmişik. İlk turu 3 xalla başa vurmalıyıq. Yeganə istəyimiz də budur və qələbə üçün meydana çıxacağıq. Legioner limiti ilə bağlı UEFA Avropa Liqasından fərqli heyətlə mübarizə aparmalı olacağıq. İnanmıram ki, bu, hər hansı çətinlik yaratsın”.

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq. Püşkün üz-üzə qoyduğu komandalar 2 il əvvəl Sloveniyadakı təlim-məşq toplanışında da görüşüb. “Qırmızı-qaralar”ın 1:0 hesablı qələbəsinin iştirakçılarından olan Camalov püşkün nəticəsi və qarşıdakı oyunlar haqda fikirlərini açıqlayıb: “Bu komandaya qarşı oynasaq da, həmin görüşdən sonra xeyli vaxt keçib. İndiki “Maribor” pley-offa qədər irəliləyibsə, deməli, güclü komandadır. İnanıram ki, bu rəqibi də mübarizədən kənarlaşdırıb, ötən mövsümkü tarixi yenidən təkrarlayacağıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik ki, bunun üçün də sloveniyalıları məğlub etməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30