20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Riçard Almeyda: “Bu, tez unudulası hadisə deyil”

“İnter” yaxaladığı imkanları qola çevirdi. Bu gün komanda şəklində uduzduq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premer Liqasının ilk turunda “İnter”ə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, Çmepionlar Liqasındakı uğursuzluğu unutmadıqlarını qeyd edib: “Çexlərlə görüşün başa çatmasına 5 dəqiqə qalmış qələbəni əldən verdik. Bu, tez unudulası hadisə deyil. Baş verənlər hamımıza pis təsir edib. İnanırdıq ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazanacağıq. Lakin alınmadı. Artıq irəli baxmaq lazımdır. İndi “Sumqayıt”la matçı düşünməliyik”.

Almeyda kluba yönələn tənqidlərə də münasibət bildirib: “İndi bizim üçün vacib olan işimizi görmək və baş məşqçimizin tapşırıqlarını yerinə yetirməkdir. Kənardan deyilənlərə fikir vermirik. Azərbaycan dilini bilməsəm də, mətbuatda yazılanlar barədə ümumi məlumatım var”.

Almeyda Çempionlar Liqasından kənarda qalmalarına görə Qurban Qurbanovun tənqid olunmasını düzgün hesab etmir: “Günahı Qurban Qurbanovun üzərinə yıxmaq düzgün deyil. İndiyə qədər qazandığımız uğurlar onun əməyinin nəticəsidir. Biz komanda şəklində bir olmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30