29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL-ın kapitanı: “Bu seriya “Santa Barbara” serialına dönmüşdü”

“Uduzmaq bizə çox pis təsir etdi. Oyunun əvvəlində də görünürdü ki, “Neftçi”dən daha yaxşı oynayırıq. Qol vurmaq üçün şanslarımız da var idi. Təəssüf ki, onlardan yararlana bilmədik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AZAL-ın kapitanı Emin Cəfərquliyev deyib.

Cəfərquliyev Topaz Premyer Liqasının ilk turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşü belə şərh edib: “Oyun ərzində “Neftçi”dən geri qalmadıq, hətta onları üstələyirdik də. Sadəcə, rəqibin ustalıq səviyyəsi sözünü dedi. “Neftçi” bizdən belə oyun gözləmirdi. İndi heç bir komanda digərindən qorxmur. Ötən mövsümə 5 məğlubiyyətlə start verdik, daha sonra tarix yazdıq. Fikrimcə, bu mövsüm də belə olacaq”.

Sol cinah müdafiəçisi kapitan sarğısını daşımasına da toxunub: “Meydanda komandamın uğuru üçün əlimdən gələni etdim. Bunun nə dərəcədə alındığını deyə bilmərəm. Fikrimcə, gələcəkdə daha da oyunumu yaxşılaşdıracağam. Kapitanlıq sarğı taxıb, meydana çıxmaq deyil, komanda yoldaşlarının arxasında durmaqdı, lazımı anda üzərinə məsuliyyət götürməkdi. Mən də buna hazıram”.

1 ildən çoxdu öz meydanında uduzmayan AZAL-ın uğurlu seriyası mövsümün ilk turunda qırıldı. Kapitanın buna reaksiyası belə oldu: “- Bu məğlubiyyərsizlik seriyası “Santa Barbara” serialına dönmüşdü. Bu arenada əksər hallarda qalib gəlirdik. “Neftçi” ilə görüşdə də özümüzə inamımız həddən artıq çox idi, ancaq alınmadı. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Futbolda kimsə udar, kimsə məğlub olar. Bundan nəticə çıxarmaq lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31