19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Xaqani Məmmədov: “Qol epizodunu görməsəm, heç nə deyə bilmərəm”

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Futbolxeber.az saytına müsahibəsi

- Mövsümün ilk oyunundaca hakimlərlə bağlı narazılıq yarandı. AZAL - “Neftçi” görüşündə meydan sahiblərinin hesaba alınmayan qolu ilə bağlı nə deyə bilərsiz?

- Mən Zirədəyəm, AZAL-ın oyununda olmamışam. Ona görə də heç nə deyə bilmərəm.

- Hər halda, yəqin ki baş verənlərdən xəbər tutmusunuz.

- Eşitmişəm. Amma qol epizodunu görməsəm, heç nə deyə bilmərəm.

- Bolqarıstanda təlim-məşq toplanışında olarkən hakimlərimizin eyvanlarına bayrağımızı asmaları müsbət hal idi. Lakin nədənsə bayraq səhv asılmışdı. Bu kobud səhv nədən qaynaqlanırdı?

- Hakimlərimiz bayrağımızı nəyəsə, harasa baxıb, sevib asıblar. Düzdür, 2012-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bayraq o cür asılmamalıdır. Amma hakimlərimiz məntiqlə bayrağı düz asıblar. Mən sizə şəkillər göstərə bilərəm ki, dövlət tədbirlərində bayrağımız məhz elə asılıb.

- Elə səhvlər əvvəllər də olub.

- Onda niyə yazmırlar?

- Başqalarını deyə bilmərik, amma biz futboldan yazırıq.

- Dayan, sənə şəkil göstərirəm. Hərbi paraddan...

- Xaqani bəy, fakt budur ki hakimlər kobud səhv ediblər.

- Yenə deyirəm, hakimlərimiz bayrağı sevib asıblar. Bunu şişirtmək lazım deyil. Söhbət səhvdən yox, mənə qarşı olan qərəzdən gedir.

- “Zirə” - “Sumqayıt” oyununu canlı izlədiniz. Orxan Məmmədovun idarəçiliyindən razı qaldınız?

- Bu oyunla bağlı hər şey yaxşıdır. Matç ərzində hakimliklə bağlı heç bir problem olmadı.

 

REDAKSİYADAN: Xaqani bəyin diqqətinə 2 məqamı çatdırmaq istəyirdik.

1. Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərarı 2012-ci ildə yox, 2013-cü ildə qəbul edib.

2. Bizim əməkdaşa göstərdiyiniz, hərbi paraddakı şəkil 2013-cü ilin iyulunda çəkilib. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı isə həmin paraddan sonra qəbul edilib. Yəni, həmin pararddakı fotoda bayrağımız düz asılıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30