25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ruslan Nəsirli: “Neftçi”nin futbolçusu komanda yoldaşımı söydü”

AZAL-ın yarımmüdafiəçisi Ruslan Nəsirli “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Mövsümün ilk oyununda “Neftçi”yə 0:2 hesabı ilə uduzdunuz. Qarşılaşma barədə nə deyə bilərsən?

- Oyuna yaxşı başlamışdıq. İlk hissədə “Neftçi”dən daha təsir bağışladıq. Fasiləyə qədər 2-3 qol epizodumuz oldu. Lakin həmin epizodları dəyərləndirə bilmədik. Bəxtimiz gətirmədi. Eləcə də birinci hissədə azlıqda qaldıq. Mənim səhvim ucbatından. Heç nədən qırmızı vərəqə aldım. Bu da komandamızın oyununa təsir göstərdi.

- Qırmızı vərəqə aldığın epizodda hakimin qərarı haqlı idi?

- Hakim heç vaxt qərarını dəyişmir. Əgər qırmızı vərəqə göstəribsə, deməli bunu lazım bilib.

- Meydanı tərk edəndə çox aqressiv idin. Hiss olunurdu ki, qərardan narazısan...

- Bu, emosiyalardı. Bu haqda çox danışmaq istəmirəm. Sadəcə onu deyim ki, rəqib futbolçu komanda yoldaşımı söydü. Mən də onu itələyərək, belə sözlərin lazım olmadığını dedim. O isə yerə yıxıldı. Yekunda da hakim mənə qırmızı vərəqə göstərdi.

- Ümumiyyətlə, hakimlərin idarəçilyini necə dəyərəndirərdin?

- Hakimlərin işinə qiymət vermək istəməzdim.

- Oyundan sonra baş məşqçiniz Tərlan Əhmədov paltardəyişmə otağında nə dedi?

- Baş məşqçiin paltardəyişmə otağında dedikləri orada da qalmalıdır. Məncə bunun mətbuata çıxmasına ehtiyac yoxdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30