18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ”ın 112 yaşlı rəqibi

“Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Göteborq” komandası ilə qarşılaşacaq. İsveç klubu haqda ətraflı məlumatı təqdim edirik:

“Göteborq” İsveçin eyniadlı şəhərini təmsil edir. Klub 1904-cü ildə yaradılıb. Komandanın rəngləri mavi və ağdır. “Göteborq” ev oyunlarını 18.416 nəfərlik “Gamla Ullevi” stadionunda keçirir.

“Göteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə “Allsvensken” liqasının qalibi olub. Komanda 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibidir. Ötən mövsümü ikinci pillədə başa vuran rəqibimiz bu mövsüm isə 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Avropa Liqasına ilk mərhələdə "Göteborq" Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 2:1 hesabıyla məğlub olan “Göteborq” səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.

Komandanın hazırki heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30