28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Göteborq”un hücumçusu: “...“Qarabağ” o qədər güclü deyil”

“Qarabağ” olduqca güclü komandadı. Düzdü, rəqib barədə ətraflı məlumata malik deyilik. Amma güclü olduqlarını bilirik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Höteborq”un hücumçusu Qustav Enqvall deyib.

 İsveç millisinə də dəvət edilən 20 yaşlı forvard yerli mətbuata Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyunlarla bağlı danışıb. O, Ağdam təmsilçisini zəif hesab edənlərlə razı deyil: “Qarabağ” son ölkə çempionudu. Bu, onlarla çətin oyunlarımızın olacağından xəbər verir. Doğrudu, püşk “Şaxtyor”u da bizə rəqib edə bilərdi. Amma bu o anlama gəlməməlidi ki, indiki rəqibimiz “Qarabağ” o qədər güclü deyil”.

Hazırda zədədən əziyyət çəkən komandanın aparıcı futbolçusu “Qarabağ”la ilk matça qədər sıraya dönmək arzusundadı: “Təəssüf ki, hazırda komandadan ayrı fərdi şəkildə hazırlaşıram. İndi bərpa prosesi keçirəm. Pley-off qarşılaşmalarına qədər tam hazır olmaq istəyirəm. Ancaq çox vaxt da yoxdu. Görək, həkimlər nə deyəcəklər”.

Qeyd edək ki, “Qarabağ”la “Höteborq” avqustun 18-də İsveçdə, 25-də isə Azərbaycanda üz-üzə gələcəklər (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31