24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Daş divarları yıxıb gəldi...YAZI

Başın önə əyilməsin

Aldırma könül aldırma

Ağladığın duyulmasın

Aldırma könül aldırma

Səbahəttin Əlinin bu misraları elə bil “Qəbələ”nin - keçmiş yazmaq yersizdi - hücumçusu Cavid Hüseynova həsr edilibmiş. Səbəbini yazını oxuyanda anlayacaqsız.

“Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsinin oyununda Fransa “Lill”ini tapdaladı. İlk görüşdən sonra klubun fəxri prezidenti Tale Heydərov və baş məşqçi Roman Qriqorçuk bildirmişdilər ki, mərhələni keçəcəyimiz halda bu uğuru Cavid Hüseynova həsr edəcəyik.

“Qəbələ” turu keçdi. Turu keçməklə Cavidin qələbəsini rəsmiləşdirdi. Komanda meydana Cavid adıyla çıxmışdı.

Cavid Hüseynovun taleyini Moskva “Torpedo”su və keçmiş SSRİ yığmasının hücumçusu Eduard Streltsovun taleyinə bənzədirəm. Eduardın atası Anatoli 1943-cü ildə vəfat edir. İndiki anlamda desək, Eduardın atası böyük vətən müharibəsində şəhid (bu sözü dini baxımdan yox, vətən torpağı uğrunda vəfat edən kimi yazmışam) olur. Həmin vaxt Eduardın 6 yaşı var idi. Eynən Cavid də atasını 6 yaşında itirir, atası vətən torpağının müdafiəsi uğrunda şəhid olur. Streltsov 1958-ci ildə İsveçdə keçiriləcək dünya çempionatına bir neçə gün qalmış sıradan məişət zəminində baş verən cinayət hadisəsinə görə 21 yaşında həbs edilir. Ona 12 il həbs cəzası verilir. Cavid də komandasının Avroliqanın qrup mərhələsində oyunları vaxtı həbs edilir. “Torpedo” və SSRİ millisinin azarkeşləri Streltsovun cinayətkar olduğuna heç cür inana bilmirdilər və əlbət bu inamsızlıqda haqlıydılar. Çünki “Streltsovun işi”ndə istintaqçıların əlində onun cinayəti törətməsi barəsində heç bir sübut yox idi. Sadəcə, həmin iş o vaxt SSRİ-nin rəhbəri olan Nikita Xruşşovun xüsusi nəzarətindəydi. Beş ildən sonra Streltsov azad edilir. Böyük futbola qayıdır. Həm SSRİ çempionu, həm də SSRİ kubokuna sahiblənir.

Biz də Cavidin cinayətkar olmasına inanmırıq. Komandası da inanmır. Bu səbədən “Qəbələ” qələbəsini Cavidə həsr etdi.

Cavidin azadlığa çıxacağı gün uzaqda deyil. Əlbəttə, o azad ediləcək, sevimli komandasına qayıdacaq. Komandasına Azərbaycan çempionluğunu qazandıracaq, Azərbaycan kubokuna sahiblənəcək.

Cavid həbsdə ola-ola “Qəbələ”sinə qələbə qazandırdı. “Qəbələ”si də Cavidi tək qoymadı, dörd divar arxasında ona qələbə sevinci yaşatdı. Canından artıq sevdiyi bayrağı dalğalandırmaq eşqini bir az da çoxaltdı.

Bu yazını Ahmet Kayanın “Nerden bilceksiniz” mahnısını dinləmədən yazmaq mümkün olmadı. Ona görə mümkün olmadı ki, Cavid də daş divarları yıxıb gəldi, dəmirləri söküb gəldi, həyatını yıxıb gəldi, hey, siz onun niyə qaçdığını hardan biləcəksiniz?

P.S. Yol verin, ağalar, bəylər. Bitsin bu həsrət.

Mehman Muradlı, komanda.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30