28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin kapitanı: “Hər birimiz qəhrəmanıq”

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov “Lill”lə görüşdən sonra (1:1) Futbolxeber.az saytının suallarını cavablandırıb:

- “Qəbələ” “Lill”i məğlub etməklə tarix yazdı və yenidən pley-offa yüksəldi. Qarşılaşma haqda nə deyə bilərsən?

- Görüş haqda çox şey danışmağa dəyməz. “Lill”in adı bizi oyuna daha yaxşı motivasiya olmağa, hazırlaşmağa vadar edirdi. Səfərdən sərfəli nəticə ilə dönmüşdük. Çalışırdıq ki, bundan yararlanaq. Doğma meydanda da yaxşı, düzgün oynadıq və mərhələ adladıq.

- Rəşad Sadiqov meydanda ikinci cavanlığını yaşayırdı...

- (gülür) Yox, özümü qəhrəman saymıram. Bu gün komanda şəklində birimiz qəhrəmanıq.

- Bu nəticəni sensasiya sayanlarla razısan?

- Sensasiya deməzdim. Çünki sensasiya bir oyunda olur. Biz Fransada da “Lill”ə uduzmadıq. Öz meydanımızda isə qələbə qazandıq. Komandamız yaxşı forma yığıb. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bunu bacarıb “Qəbələ”ni sevənləri və sevməyənləri sevindirəcəyik.

- “Lill”ə qarşı səfərdəki, yoxsa evdəki oyunda daha çətin keçdi?

- Səfərdəki oyunun ikinci hissəsi çox çətin keçdi. Onu da yorğunluqla bağlıyardım. Çünki uzun məsafə qət etmişdik. Bu da ikinci hissədə öz təsirini göstərdi.

- Bu dəfə də 80-ci dəqiqədən sonra yorulduğunuz görünürdü.

- Hesabda öndə idik. Rəqib də üzərimizə gəlirdi. Üstəlik, “Lill”ə qarşı oynayırdıq. Son yaxın rəqib 4-5 hücumçu ilə oynayırdı. Bu səbəbdən də daha çox müdafiəyə diqqət ayırırdıq. Əks-hücumda rəqibi yaxaladıq, 3-4 qol epizodumuz olsa da, dəyərləndirə bilmədik. Havanın isti olması da öz sözünü dedi.

- Pley-offda qarşılaşmaq istədiyin və yaxud istəmədiyin xüsusi rəqib var?

- Üçüncü mərhələnin püşkü atılanda evdən çıxarkən rəqiblərə baxdım və 5 komanda arasında “Lill”in düşməməsini istədim. Nəticədə elə “Lill”lə qarşılaşdıq (gülür). Digər rəqiblər “dişimizə” görə idi. Artıq kiminlə düşməyimizin fərqi yoxdu. “Lill” kimi komandanı üstələməyi bacarmışıqsa, bu dəfə də qələbə qazanarıq.

- Yeni transferlərə ehtiyac var?

- Olsa, pis olmaz, özü də legioner. Çünki hazırda yerli futbolçu tapmaq çətindi. Yaxşı oyunçuların klubları ilə müqaviləsi var. Heyətimizdə hazırda bacarıqlı gənclər var. Onların bizə köməyi dəyəcəyinə inanıram.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31