16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Böyüdən arzular... (PRİTÇA)

Orta məktəbdə oxuyurduq.. uşaq sayılardıq.

“Sabunçu kruqu” tərəfdə texnikumun stadionu yolun kənarındaydı. Biz 8-9 məhlə arasında ən aktiv futbol komandası sayıldığımızdan o stadionun “ev sahibi” kimiydik. Stadionun həndəvərindəki məhlələri, başqa rəqiblər, hətta bir dəfə Balaxanıdan gələn təcrübəli komandanı udmuşduq...

Oyunların birində top yol kənarındakı kanala düşdü. Məhəllə futbolu qaydalarına görə, yaşca ən balacası, ya da top onundu deyə oynatdığımız birini göndərmişdik kanala. Oyun dayanmışdı yəni. Birdən yolun şəhərin mərkəzinə gedən tərəfində böyük, “ikimərbətə” adlandırdığımız avtobus dayandı. Diqqətimizi çəkən bu avtobusdan iri idman sumkalarıyla bir neçə nəfər düşdü və biz bu epizodu həm avtobusun böyüklüyünə, həm ondan düşənlərin əynindəki idman formalarına marağımızdan dolayı həsədlə izləyirdik. Birimiz getdi avtobusa tərəf. Gəldi, dedi ki, uşqlar, “Qarabağ” komandasıdı, Monpelyedən gəliblər. 6 cavabsız qolla uduzmuşdular...

biz “France-98”dən cəmi 1 il sonra, əynimizdə Zamorano, Del Pyero, Zidane və s. yazılan formalarda idik. Məndə Maykl Ouenin forması idi. Onun sevimli Argentinama vurduğu qoldan sonra bütün növ formalarını aldırmışdım atama.

Belə eyforiyada klubumuzun çox top buraxıb uduzması üzücü xəbər olsa da, adi şeylərdən idi.  Biz əynimizdəki formaların adlarının verdiyi havada idik...

Bir az sonra “Şəmkir” olacaqdı.. Badri Kvarasxeliya, Viktor Kulikov cütlüyünün xarüqələr yaratdığı komandanın “Skonto” möhtəşəmliyinin şahidi olacaqdıq. O da yadımdadır... Latviya klubunu keçəndən sonra necə sevincli, necə motivasiyalıydıqsa, çıxdıq məhləyə, dedik, gedək, Balaxanıyla oynayaq. Dumanlı xatırlayıram, qənimimiz olan o komandanı məhvi-nəbud eləmişdik.  Həyatda motivasiyanın verdiyi güc qədər ikinci güc yoxdur...

aman keçəcəkdi və Azərbaycan futbolunda keşməkeşli vaxtlar olacaqdı. Sonra pul erası başlayacaqdı. Pulun gətirdiyi müştəbehlik olacaqdı. Qarğabazarı da yaranacaqdı...

Ancaq heç kəlimə də kəsməyək. Bu dövrü buraxaq öz ixtiyarına...

Və Monpelyedə, Yablonetsdə və sairədə pərt olan “Qarabağ” Avropa liqalarında qələbəriylə bizi sevindərəcəkdi. “Qəbələ” “Lill”i udub, Avropa Liqasında mərhələ keçəcəkdi. “Lill”i, qardaş. Mən n keçən diametri böyük olan neft turbasının üstünə “France-98” mövzularının təsiri altında yazdığım “Marsel”, “Olimpik”, Petit adlarının  üstünə də “Lill” yazdığım vaxtları xatırlayıb, ovaxtkı zirvəni indi klubumuzun məğlub eləməsinin verdiyi nostaljidə hiss edəcəkdim. Əvəzedilməz hiss... həzz.

Bir gün biz Azərbaycan klubunun “Lill”i udub mərhələ keçəcəyini təsəvvür etsək də, reallıqda bu iddialara gülərdik. Həmişə gülək...

Elçin Cəlilov, futbolpress.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30