25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin oyunu? Super”

“Hər iki komandanın oyunçuları layiqli oyun göstərdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu”. Futbolxeber.az saytının məlumatına görə, bunu “Lill” klubunun baş məşqçisi Frederik Antonetti deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qəbələ”nin qonağı olan Fransa təmsilçisi 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı matçla bağlı fikirlərini bölüşüb: “Məğlubiyyəti də həzm etmək lazımdı. Sadəcə, təəssüf edirəm”.

- Bu nəticəni gözləyirdizmi?

- “Qəbələ” ilə Fransada çox çətin oyun keçirdikdən sonra rəqibin nəyə qadir olduğunu bildik. Düşünürdük ki, burda özümüzü daha yaxşı göstərərik. Amma nə etmək olar?

- Oyunun təşkilatçılığı ürəyinizcə oldu?

- Futbolçularımız yüksək motivasiya ilə hazırlaşmışdılar. Lakin istədiyimiz nəticəni əldə edə bilmədik...

- “Qəbələ”nin oyununu necə dəyərləndirərdiz?

- Sadəcə, super.

- Matçdan əvvəlki hazırlıq hansı prosesdə aparılmışdı?

- Əlimizdən gələni etdik ki, oyunda özümüzü sübut edək. Ancaq təəssüf ki, nəticə belə oldu.

- “Qəbələ” barədə püşkatmadan sonrakı və indiki fikriniz necədi?

- Oyundan əvvəl “Qəbələ”nin matçlarını izləmişdik. Rəqib güclü futbolçulardan təşkil olunub. Bu gün də “Qəbələ” bu qələbəyə layiq idi.

- Avrokuboklardakı təcrübələrinizdən danışırdız?

- Bizim də öz taktikamız var idi. Amma bu gün “Qəbələ”nin oyun intizamı yüksək səviyyədə idi. Qalib də gələ bilərdik. Hər iki komandanın oyunçuları yüksək səviyyədə idi. Amma “Qəbələ” taktiki baxımdan bizi üstələdi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30