24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Sergey Zenyov: “Məqsədimiz ötənilki nəticəni təkrarlamaqdır”

"Qəbələ”nin aparıcı üzvü Sergey Zenyov “Lill”lə oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı Zenyovun müsahibəsini təqdim edir:

- “Lill”lə cavab oyunu gözlədiyinizdən də çətin alındı?

- Komandamız meydanda çox istəkli idi. Hər kəs əlindən gələni edirdi. “Lill” sürətli oynamağa üstünlük verirdi. Lakin biz rəqibə meydanda istədiklərini etməyə imkan vermədik. Bunun da sayəsində qələbə qazandıq.

- Ümumiyyətlə, görüşə xüsusi şəkildə hazırlaşmışdınız?

- Oyundan öncə heç kimi motivasiya etməyə ehtiyac yox idi. Hər kəs necə rəqibə qarşı oynayacağını bilidi. Bu cür güclü rəqiblə hər gün qarşılaşmaq imkanın olmur.

- Nəticəni sürpriz sayanlarla razısan?

- “Lill”in səviyyəsi göz önündədir. Ancaq biz tam gücümüzlə mübarizə apardıq və layiqli qələbə qazandıq.

- “Lill” kimi rəqibi keçdikdən sonra artıq “Qəbələ” üçün qrup mərhələsinin minimal hədəf olduğunu söyləmək mümkündür?

- Növbəti mərhələdəki rəqibimiz də zəif olmayacaq. İşimiz asan deyil. Məqsədimiz ötənilki nəticəni təkrarlamaqdır. Bunun üçün də sonra qədər mübarizə aparacağıq.

- Hazırkı “Qəbələ”ni ötənilki komandadan güclü saymaq olar?

- Hələ ki oyunumuz alınır. Ötən il də mövsümə yaxşı başlamışdıq. Mən komandaları müqayisə etmək istəməzdim. Ötən il də, indi də heyətimizdə çox yaxşı futbolçular var.

- Oyundan sonra klub prezidenti Tale Heydərov komanda ilə görüşdü. Sizinlə görüşdə Tale Heydərov nə dedi?

- Bizi qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, çox gözəl nəticə qazanmışıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30