18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dabo: “Oyunumuz azarkeşlərin stadionda yaradacaqları atmosferdən asılıdı”

“Oyunun ilk dəqiqəsindən sona qədər diqqətli olmalıyıq. Oyunumuz həm də azarkeşlərin stadionda yaradacaqları atmosferdən asılıdı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”lə cavab oyunu haqda danışarkən deyib.

Fransalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında  bəzi maraqlı məqamlara toxunub:

“Qəbələ”dən “İstr”də oynayanda da  təklif almışdım. O vaxt Fransada qalmağı düşündüm. Ancaq baş məşqçi Roman Qriqorçuk məni izləməyə davam etdi və yenidən mənə təklif göndərdilər. Bu dəfə təklifi qəbul etdim. Çünki artıq bunun vaxtı idi. Yeni nəsə axtarmaq istəyirdim. Bu, yaxşı seçim idi. Çünki mən Fransanın II liqasından birbaşa Avropa Liqasına yollandım".

Bakı haqda da danışan Dabo müsbət fikirlər səsləndirib: “Bakı mənə Dubayı xatırladır. Şəhər genişlənməkdədir.  mən də “Qəbələ”nin digər oyunçuları kimi oteldə qalıram. O, Kreteydəki 54 kv.m-lik evimi əvəz edir”.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30