16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ” və “Qəbələ” hazırda Azərbaycan futbolunun taleyini həll edirlər”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev avrokuboklarda mübarizəni davam etdirən klublarımızın - “Qarabağ” və “Qəbələ”nin qarşıdakı matçları haqda danışıb. Futbolxeber.az saytına müsahibəsində təcrübəli mütəxəssis hər iki klubumuzun mərhələ adlamasını istədiyini söyləyib:

“Çox istəyirəm ki, həm “Qarabağ”, həm “Qəbələ” mərhələ adlasın. Bu, təkcə adıçəkilən komandaların yox, bütün klubların, Azərbaycan futbolunun xeyrinə olacaq. Klublarımızın Avropadakı uğuru futbolumuzun inkişafına müsbət təsir edəcək. Klub rəhbərlərinin futbola baxışı da yaxşıya doğru dəyişəcək. Ürəyimiz də, canımız da hazırda “Qarabağ” və “Qəbələ”nin yanındadır. “Qarabağ” və “Qəbələ” indi təkcə özlərinin deyil, ümumiyyətə Azərbaycan futbolunun taleyini həll edirlər. Çox istəyirik ki, “Qarabağ” “Viktoriya Plzen”, “Qəbələ” isə “Lill” oyunda uğurlu çıxış etsin. İnanıram ki, klublarım bizi sevindirəcəklər. Onların mərhələni keçmək şansları rəqibdən daha çoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30