26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Viktoriya Plzen"in baş məşqçisi: “Qarabağ”ın müdafiəsi çox güclüdür”

“Qarabağ”ın müdafiəsi çox güclüdür. Ola bilsin ki, ilk oyunda elə bu səbəbdən qol vura bilmədik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Viktoriya Plzen”in baş məşqçisi Roman Pivarnik deyib.

Sabah Çexiya çempionu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq. Bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi mətbuat konfransı keçirən Pivarnik sabahkı matçda qol vurmağa çalışacaqlarını vurğulayıb: “Qolsuz heç-heçə bizi qane etmir. Ona görə də qol vurmağa çalışmalıyıq. Düşünürəm ki, şanslar bərabərdir. Cavab görüşünə də, penaltilər seriyasına da hazırıq”.

“Viktoriya Plzen”in çalışdırıcısı matçın oynanılacağı Respublika stadionundan da söz açıb: “Stadion  və şəhər çox gözəldir. Tofiq Bəhramovun adını eşitməmişəm. Yəqin böyük adam olub ki adını stadiona veriblər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30