20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Hamımızın istəyi, arzusu mərhələ adlamaqdır”

"Cavab görüşündə uğur qazanmaq üçün şansımız var. İstəkli komandaya qarşı oynayacağıq. Komandamız sabah matça hazırdır". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Viktoriya" ilə qarşılaşacaq. “Qarabağ”ın çalışdırıcısı bu gün “Azərsun Arena”da oyunöncəsi mətbuat konfransı keçirib.

Qurban Qurbanov çexlərə qarşı ehtiyatlı oynamalı olduqlarını vurğulayıb: “Bilməliyik ki, nə vaxt müdafiə olunmaq, nə vaxt hücum etmək lazımdır. Rəqib də mərhələ keçmək istəyir. Düşünürəm ki, şanslar bərabərdir. Hər bir oyunda rəqibin gücünü nəzərə almalıyıq. İlk oyunun sonlarına yaxın rəqib azlıqda qaldı. "Viktoriya" ilk oyunda həddən artıq pressinq etdi. Futbolçularımdan razı qaldım. Sona qədər mübarizə apardılar. Bacardığımız qədər işimizi davam etdiririk. Belə turnirlərdə düzgün müdafiə çox önəmlidir. İstərdik sabahkı oyunun əsas vaxtı bizim üstünlüyümüzlə keçsin. Nə qədər desək də, 90 dəqiqəni fikirləşirik, yalan olan. Əlavə vaxtı da düşünürük".

Qurbanov mümkün uğursuzluğa da toxunub: "Məğlub olsaq, bu, futbolçularda psixoloji təsir göstərə bilər. Çalışırıq ki, futbolçular hər bir rəqibi düzgün analiz etsin və öz oyununu göstərsin. Avroliqa haqda düşünmürük. Hamımızın istəyi, arzusu mərhələ adlamaqdır. "Qarabağ" bir neçə ildir üçüncü mərhələdə dayanır. İstəyirəm ki, Çempionlar Liqasında qrupa düşək. Sindromun qırılıb-qırılmayacağını sabah görəcəyik. Qarşımızdakı rəqibi də nəzərə almalıyıq”.

“Qarabağ”ın çalışdırıcısı yeni transferinn olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: “3-4 variant var. Hazırda həm futbolçu, həm də klubları ilə danışıqlar gedir. Ancaq hələ heç bir futbolçu ilə razılıq əldə olunmayıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30