19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qarabağ"ı qiymətləndirməyə bilmərik"

"Bizim üçün Çempionlar Liqası daha əhəmiyyətlidir. Ancaq daxili çempionatdakı mübarizədən də çəkinmək istəmirik. Mövsümün ilk matçında "Jihlava" ilə qarşılaşacağıq. Bu oyun da bizim üçün asan keçməyəcək". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Viktoriya"nın futbolçusu Yan Kopiç klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la keçirəcəkləri cavab görüşü haqda da danışan 26 yaşlı futbolçu bunları bildirib: "Bizim geniş heyətimiz var. Baş məşqçi heyətdə müəyyən dəyişikliklər edə bilər. Biz bir komandayıq və oynamaq istəyirik. Əgər baş məşqçi heyətdə dəyişiklik etsə, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Qarabağ"ı qiymətləndirməyə bilmərik. Cavab matçında hər birimiz maksimum gücünü ortaya qoyacaq. Çünki qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30