20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Teo Viks: “Bu nəticə bizim üçün yaxşıdı”

“Çox çətin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Amma burdan 1:1 hesablı heç-heçə ilə ayrılırıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Teo Viks deyib.

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxan “Qəbələ” səfərdə “Lill” klubunun qonağı olub. Fransanın tarixi klubu ilə dueldə hesabı açan təmsilçimiz fasilədən sonra üstünlüyünü əldən versə də, cavab oyunuöncəsi sərfəli nəticə qazanıb. Oyunla bağlı danışan “Qəbələ”nin cari avrokubok oyunlarındakı bombardiri birinci hissədə qaçırdığı epizoda da toxunub: “Bu bir şans idi. Amma istifadə edə bilmədim, qaçırdım. Razıyam, vursaydım, oyun başqa hesabla bitəcəkdi. Buna baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Çünki burdan yaxşı nəticə ilə dönürük”.

Futbolçu ikinci hissədə oyunlarının istədikləri kimi alınmamasına da aydınlıq gətirib: “Çünki rəqib evdə oynayırdı. Motivasiyaları var. İstəyirdilər ki, nəticəni xeyirlərinə dəyişsinlər. Yenə deyirəm, bu nəticə bizim üçün yaxşıdı”.

Mövsümə yaxşı başlayan hücumçudan qarşıdakı oyunlarda da qol gözləmək lazımdı. Çünki Viks özü belə deyib: “Əlbəttə, belə başlanğıc yaxşı motivasiyadı mənim üçün. Ona görə də qarşıdakı oyunlarda yenə qollar gözləməyə dəyər. Üzərimdə təzyiq hiss etmirəm”.

Sonda hücumçu cavab oyunu haqda da danışıb. O, mərhələ adlamaq üçün əllərindən gələnin ən yaaxşısını etməyə çalışaacaqlarını vurğulayıb: “Doğma meydanda oynayacağıq. Ona görə də mütləq qələbə qazanmalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30