23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qara Qarayev: “Səfərdən sərfəli nəticə ilə qayıtmamışıq”

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin müsahibəsi

- Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Viktoriya” ilə Plzendəki oyun, deyəsən, istədiyiniz kimi keçmədi...

- Rəqibin müsbət cəhətləri çox idi. Bunu nəzərə alaraq, məğlub olmadığımıza görə, şükür edirik. Amma sərfəli nəticə ilə qayıtdığımızı da düşünmürəm. Bakıda işimiz daha çətin olacaq.

- Rəqibin azlıqda qalmasından niyə istifadə edə bilmədiniz?

- Elə “Vikrotiya”nın gücü də bundan bilinirdi. Komanda azlıqda qalsa da, öz oyun dəsti-xəttindən əl çəkmədi. Plzen təmsilçisi zəif yox, adlı-sanlı, güclü rəqibdi. Oyunun başa çatmasına 15 dəqiqə qalmış azlıqda qaldılar. Başladılar sıx müdafiə olunmağa. 1-2 epizod yaratsaq da, amma qol vura bilmədik.

- “Viktoriya” azlıqda qaldıqdan sonra da əsasən, müdafiəyəmeyilli oynadınız...

- Çünki hər an əks-hücumda yaxalana və cəzalandırıla bilərdik. Onlar sürətli hücumlarda çox təhlükəli olurlar.

- Nəticə nə dərəcədə işinizə yarıyacaq?

- Səmimi deyirəm, uğurlu nəticə ilə qayıtmamışıq. Evdəki oyundan çox şey asılıdı. Azarkeşlərin dəstəyi sayəsində qələbə qazanmaq istəyirik. “Viktoriya” evdə və ya səfərdə oynamasından asılı olmayaraq, təhlükəli rəqibdi. Onlar üçün səfər, ev anlayışı yoxdu.

- Cavab oyunu zamanı nəyə diqqət etmək lazımdı?

- Biz qol buraxsaq, mütləq ikisini vurmalıyıq. Çünki qollu heç-heçə ancaq rəqibin işinə yarıyır. Ona görə də diqqətli oynamalıyıq. 

- Amma mərhələ adlamaq üçün də mütləq qələbə qazanmaq gərəkdi...

- Ehtiyatlı oynamalıyıq. Qol vurmasaq da, buraxmamalıyıq, müdafiədə boşluqlar verməməliyik.

- Necə düşünürsüz, “Qarabağ” bu dəfə “şeytanın qıçını” sındıra biləcəkmi?

- “Şeytanın qıçı” çoxdan qırılıb. Biz də Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Ancaq bu, yalnız istək və arzu ilə baş tutan iş deyil. İstəyimizə çatmaq üçün meydandan kənarda da yaxşı hazırlaşmalıyıq.

- “Qarabağ”ın əvvəlki oyununu nümayiş etdirə bilməməsi narahatlıq doğurur. Bu, baş məşqçinin göstərişidi, ya komandada geriləmə var?

- Cəmi 3 rəsmi oyun keçirmişik, normal haldı. Qarşıdakı oyunlarda bu, aradan qalxacaq. Artıq bizi də təhlil edirlər. Necə oynadığımızı öyrənirlər, bilirlər. İşimizi çətinləşdirmək üçün planlar qururlar. Ona görə də əvvəlki kimi rahat oynamağımıza imkan vermirlər. İndi “Qarabağ”ı öyrənmək, haqqımızda məlumat toplamaq rahatlaşıb. Vacib olan uğurlu nəticə qazanmaqdı. Azarkeşləri düşünməklə yanaşı, nəticəmizi də yaxşılaşdırmalıyıq.

- Şansları necə dəyəərləndirirsiniz?

- 60-ın 40-a.

- “Qarabağ”ın xeyrinə?

- Xeyr, rəqibin lehinə. Çünki qollu heç-heçə də onlara sərf edir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30