25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin yalanları: “Gənclər”dən “Fluminense”yə qədər...

“Neftçi”nin Makedoniyadan boynubükük dönməsindən artıq bir neçə gün keçib. Klubun rəsmi saytına diqqət yetirsək, son xəbər Ağdamın işğalı ilə bağlıdır. Daha əvvəl isə Milli Mətbuatın yaranmasının 141 illiyi qeyd olunub. Sırf futbolla bağlı son xəbərin başlığı “Neftçi” Şkendiya” ilə cavab oyununu keçirib”di. Heç Vəli Qasımovun Makedoniyadakı oyunsonrası fikirləri də saytda yer almayıb. O ki qala hansısa klub rəsmisinin açıqlaması ola...

Məqsəd “Neftçi”nin saytının hansı səviyyədə fəaliyyət göstərməsini oxucuya çatdırmaq deyil. Sözümüzün canı odur ki, Avroliqadakı fiaskodan bir neçə gün ötsə də, “Neftçi” rəsmilərindən heç kim hesabat vermək istəmir. Bu, nə vaxta qədər belə davam edəcək? Hardadı Müşahidə Şurası? Əslində, onları da qınamalı deyil. Çıxıb, nə danışacaqlar ki? Yenə “Neftçi”nin ardıcıl 2 il ölkə kubokunda finala çıxmasını uğur kimi təqdim edəcəklər? Yoxsa, “Neftçi”nin gənclərlə çıxış etdiyini bəhanə gətirəcəklər? Ümumiyyətlə, gənc oyunçu dedikləri kimdir? Araz Abdullayev, Ruslan Qurbanov, yoxsa Cavid İmamverdiyev? Bu futbolçular artıq “gənclik” dövrünü çoxdan keçiblər. Avropalı futbolçunun gənci olur 17, 18, lap uzağı 19 yaşında. Yalnız bizdə 24, 25 yaşlı futbolçunun adının qarşısında “gənc və perspektivli” ifadəsi işlənir.

Əvvəl Müşahidə Şurası bir araya gəlirdi, klubun rəsmi saytında bu haqda xəbər yer alardı və bir neçə qərarın qəbul olunduğu barədə xəbər yayılırdı. İndi o da yoxdur. Görünür, şura üzvləri daha vacib işlərlə məşğuldurlar.

Kim nə deyir, desin - həqiqəti dəyişmək mümkün deyil. “Neftçi” ardıcıl 2 ildir ki Avropada fiaskoya uğrayır. Ötən il “Mladost”, bu il də “Şkendiya”. Kimsə özünü klub rəhbərliyinin yanında yaxşı göstərmək üçün “Neftçi”nin Avroliqada ikinci mərhələyə yüksəlməsini uğur kimi təqdim edə bilər. Bəs, Malta klubuna Bakıdakı biabırçı məğlubiyyət?

“Neftçi”də dəyişikliklər mütləq olmalıdır. İslahatlar qaçılmazdır. Bu gedişlə “Neftçi” gələn il heç Avroliqada da olmayacaq. Əvvəla, daha başqasının yerinə qitə kuboklarına yollanmaq mümkün deyil. Digər tərəfdən də hazırkı duruma əsasən söyləmək olar ki, “Neftçi” nəinki “Qarabağ” və “Qəbələ”, heç “İnter” və “Kəpəz”lə də mübarizə apara bilməz. Odur ki, “ağ-qaralar”ın növbəti dəfə biabır olmaması üçün dəyişikliklər qaçılmazdır.

Artıq “Neftçi” azarkeşinin də səbr kasası daşıb. Fanatlar da hazırki durumdan narazıdırlar. Hava limanında olduğu kimi, sosial şəbəkələrdə də mütəmadi olaraq baş məşqçi, Müşahidə Şurasının üzvlərinin istefası tələb olunur. Amma nə yazıq ki, azarkeşin harayına hələ ki reaksiya verən yoxdur. Yəqin, kimlərsə yeni bəhanələr axtarışına çıxıblar...

Bəhanə demişkən, ötən ilin oktyabrında o vaxt klubda icraçı direktor vəzifəsini tutan Vəli Qasımov və icraçı direktor Elnur Məmmədov Braziliyaya yollanmışdılar. Doyunca Braziliyanı gəzib, bol-bol şəkil də çəkdirmişdilər. Sonradan məlum oldu ki, “ağ-qaralar” “Fluminense” ilə əməkdaşlığa başlayır. Ardınca “Fluminense”nin icraçı meneceri Marselo Teşeyra Bakıya gəldi. Hətta Keşlə qəsəbəsindəki orta məktəblərin birində bir neçə jurnalistin iştirakı ilə kiçik bir tədbir də keçirildi. Teşeyra “Neftçi” ilə əməkdaşlıqdan ağızdolusu danışırdı. Dünən nə qədər axtarsaq da, geridə qalan 9 ay ərzində həmin əməkdaşlıqla bağlı informasiya tapa bilmədik. Bəlkə bizim diqqətimizdən qaçıb? Hörmətli “Neftçi” rəhbərliyi, “Fluminense” ilə əməkdaşlığını axırı necə oldu?

Heç bir vəzifə əbədi deyil. İnsan vəzifəsinin öhdəsindən gələ bilmirsə, öz xoşu ilə getməlidir. Yox, gedə bilmirsə, deməli qaldığı yerə də, özünə də daha çox ziyan verəcək...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30