28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"la oyunda Plzen azarkeşlərinə də inanıram”

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün III təsnifat mərhələsinin ilk oyununda "Viktoriya"nın qonağı olacaq. Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Çexiya təmsilçisinin baş məşqçisi Roman Pivarnik "Qarabağ" haqda kifayət qədər məlumat əldə etdiklərini bildirməklə yanaşı, komandasının hazırkı gücündən də söz açıb.

"Bu, bizim üçün vacib qarşılaşmadı. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Çünki bunu bacaracaq komanda hazırlamışıq. Rəqibi analiz etmək üçün kifayət qədər vaxtımız olub. Belə qənaətə gəlmişik ki, "Qarabağ" rəqabət aparan, stabil futbol sərgiləyən komandadı" - deyə, Pivarnik bildirib.

Çalışdırıcı rəqibin bir oyununu canlı izlədiyini də vurğulayıb: "Bir sözlə, "Qarabağ"  haqda yetərincə məlumat əldə edə bilmişik. Bizim üçün vacib olan yaxşı təlim-məşq toplanışı keçmək idi. Futbolçularım da hazırlıq vaxtı bundan maksimum yararlandılar. Düzü, buna görə də heyəti formalaşdırmaqda çətinlik çəkirəm. Çünki hər futbolçu start heyətdə oynamağa layiqdi. "Qarabağ"la oyunda Plzen azarkeşlərinə də inanıram. İnanıram ki, bizi möhtəşəm atmosfer  gözləyir. Onların dəstəyi bizim üçün çox önəmlidi".

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı saat 22:15-də start götürəcək (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31