25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Lill” - “Qəbələ” matçı Stefanskiyə tapşırıldı: Qonaqlar üçün düşərli hakim

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Lill” - “Qəbələ” görüşünün hakimləri müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, matçı polşalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniel Stefanski olacaq. Ona  Rafal Rostofski və David İqor kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Zbiqnev Dobrınin yerinə yetirəcək.

 Qeyd edək ki, 39 yaşlı Stefanski 3 ildir ki FIFA hakimi statusunu daşıyır. Bu günə qədər Avroliqada 6 matç idarə edib ki, onlardan yalnız 1-də meydan sahibləri qələbə qazanıblar. 3 görüşdə qonaqlar sevindiyi halda, 2 matç bərabərliklə bitib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30