16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Forza Neftçi”: “Vəli Qasımov başda olmaqla Müşahidə Şurasının istefasını tələb edirik”

“Forza Neftçi” Azad Azarkeş Qrupu bəyanat yayıb. Futbolxeber.az saytı həmin bəyanatı olduğu kimi təqdim edir:

- Başda Çingiz Abdullayev olmaq üzrə, hörmətli Neftçi PFK rəhbərliyi;

“Forza Neftçi” Azad Azarkeş Qrupu olaraq bəyan edirik ki, sevimli komandamızın son iki ildəki acınacaqlı vəziyyətindən narazı olduğumuzu dəfələrlə bildirmişik. Bizlər pis günün azarkeşləriyik və narazılığımızı bildirdiyimiz qədər də həm rəhbərliyə, həm də oyunçularımıza dəstəyimizi bildirib, göstərmişik və hər oyunda göstərirdik. Amma komandaya verdiyimiz dəstək qarşısında, ruhsuz bir “Neftçi” görmək bizi gözyaşlarına qərq etdi və artıq sizə verdiyimiz möhlət bitdi. “Forza Neftçi” Azad Azarkeş Qrupu olaraq başda baş məşqçi Vəli Qasımov olmaq üzrə bütün Müşahidə Şurasının istefasını tələb etməklə yanaşı, “Neftçi” kimi tarixi bir klubun şərəfli formasını haqq etməyən bəzi oyunçularımızın da komandadan getməyini tələb edirik. 23.07.2016 tarixi etibarilə adı keçən şəxslər istefa vermədikləri təqdirdə, istefa tələbimizi tribunadan bildirməyə davam edəcəyik. Bu azarkeşlər kimlərəsə görə gözüyaşlı qalmaq məcburiyyətində deyil”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30