29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadiqov: “UEFA bir qolumu “yeyib”

“Qəbələ”nin kapitanı Rəşad Sadiqovun Futbolxeber.az saytına müsahibəsi

- MTK üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdin?

- Oyun çətin başladı. Rəqib fiziki cəhətdən yaxşı idi. Bizim isə təcrübəmiz üstün idi. Birinci hissədə 2 qol vurduq. Fasilədən sonra da qol epizodlarımız oldu. Lakin onlardan yararlana bilmədik. Şadam ki, qələbə qazanmaqla mərhələ adladıq.

- İkinci hissənin gedişində qol epizodunu qaçırdıqdan sonra xeyli təəssüfləndin. Qol vurmağı çox istəyirdin?

- Açığı, qol vurmağı çox istəyirdim. Avrokuboklarda 7 qolum var, bu sayı artırmaq arzusundayam. Əslində 8 qolum var, amma 1 qolumu UEFA “yeyib”. Çalışıram ki, qol sayımı artırım. İstəyim baş tutmasa da, əsas komandamın qələbəsidir.

- İkinci hissədə sanki “Qəbələ” dayandı. Bunun səbəbi nədir?

- Bu fikirlər razı deyiləm. İkinci hissədə də 4-5 qol epizodumuz oldu. Fasilədən sonra rahat oynayırdıq. 2:0-dan sonra komanda rahat idi, top saxlamağa çalışırdı. Hava çox isti idi  ki, bu da oyuna təsir göstərirdi.

- Növbəti rəqib “Lill”di...

- “Lill” haqda danışmağa dəyməz. Hələlik rəqibi analiz etməmişik. İlk növbədə MTK ilə cavab oyununu düşünürdük. 1 günlük istirahətdən sonra məşqlərə başlayacağıq və məşqçilər korpusu bizi rəqib barədə məlumatlandıracaq.

- “Lill”ə qarşı tam motivasiya olmaq mümkün olacaq?

- Bu cür rəqibə qarşı motivasiyaya ehtiyac yoxdur. Hamı rəqibi yaxşı tanıyır. Yığışıb, oynamaq lazımdır.

- “Qəbələ” “Lill”i nəyin hesabına keçə bilər?

- İstək, taktiki-texniki hazırlıq. Tək istəklə “Lill”i keçmək olmaz. Bütün gücünü, bacarığını meydanda qoymalısan.

- Qeyd etdin ki, “Lill”i tək istəklə keçmək olmaz. Amma “Qəbələ” ötən il istəyin hesabına qrupa düşmüşdü.

- Ötən ilki uğuru tək istəklə bağlamaq olmaz. İstəkdən başqa, oyun keyfiyyəti var idi. Dodo, Qay kimi təcrübəli futbolçularımız vardı. Bu il “Qəbələ” keçənilkindən daha güclüdü. Ötən il rəqiblərimiz “Lill” qədər güclü deyildi. “Lill” “Apollon” və “Panatinaikos”la eyni səviyyədə deyil. Lakin rəqibin adı bizi qorxutmur. Çalışacağıq ki, Fransa klubunu da keçək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31