25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Bu, “Neftçi” deyil! (QEYD)

“Kəpəz”in ardınca “Neftçi” də Avroliqada mübarizəni dayandırdı. Gəncə klubu kimi “ağ-qaralar”ın da qitənin ikinci dərəcəli klub turniri ilə erkən vidalaşacağı proqnozlaşdırılırdı. Baxmayaraq, “Kəpəz”lə müqayisədə “Neftçi”nin bəxti püşakatmada gətirmişdi. İlk mərhələdə “ağ-qaralar”ın rəqibi “Balzan” idi ki, “Neftçi” Maltanın yarıhəvəskar, yarıpeşəkar klubunu həm evdə, həm də səfərdə məğlub etməyə borclu idi. Amma Vəli Qasımovun komandası səfərdə qələbə qazanmasına baxmayaraq, evdə Matla təmsilçisi qarşısında aciz qaldı. 1:2 hesablı məğlubiyyət və acınacaqlı şəkildə keçilən mərhələ. Kim bilir, bəlkə də “Balzan” ikinci hissədə penaltini qola çevirsəydi, “Neftçi” elə birinci mərhələdəcə fiaskoya uğrayacaqdı. Ancaq “Neftçi” vaxt uzatmaqla, bir qədər də bəxtin sayəsində maltalıları keçdi. Oyundan sonra əksəriyyətin fikri, lorı dildə desək belə idi: “Allah kəssin belə mərhələ adlamağı”...

Növbəti rəqib “Şkendiya” idi. “Neftçi” evdə Makedoniya təmsilçisini də üstələyə bilmədi. Qolsuz bərabərliklə başa çatan ilk oyundan sonra istər klub rəhbərliyi, istər futbolçular səfərdə qol vurmaqla mərhələ adlayacaqlarına ümid edirdilər. Lakin kiçik möcüzə baş vermədi və “ağ-qaralar” ardıcıl ikinci il Avropada fiaskoya uğradı.

Daha əvvəl də qeyd etdiyimiz kimi, “Neftçi”nin fiaskoya uğrayacağı əvvəldən gözlənilən idi. Bunun da bir çox səbəbləri var. Klub rəhbərliyinin zəif idarəçiliyi, baş məşqçinin təcrübəsizliyi, heyətin zəifliyi və s. Bir hücumçu ilə Avroliqada III mərhələyə qədər irəliləmək çətindir. “Neftçi” yay fasiləsində daha çox arxa xətdəki problemləri yoluna qoymağa çalışırdı. Hücum xətti unudulmuşdu. Qapıçı boşluğunu yalnız Avroliqanın startına bir neçə gün qalmış dolduran komandadan uğur gözləmək sadəlöhvlükdü, bəylər.

Hər uğursuzluqdan sonra “Neftçi” rəhbərliyi min bir bəhanə gətirir. Heyətimiz gənclərdən ibarətdir, hazırda klubun bazası tikilir, Mpenzaya görə pul ödəyirik və s. Amma bunların heç biri “Neftçi”nin fiaskosuna haqq qazandıra bilməz. “Xalqın komandası” bu günə qalmamalı idi. Çingiz Abdullayev hər dəfə “Neftçi”nin ardıcıl iki mövsüm ölkə kubokunda final oynamasını böyük uğur kimi təqdim edir. Lakin unudur ki, “Neftçi” flaqmandı və bu komanda üçün ikinci yer də uğursuzluqdu. O ki qala kiminsə hesabına Avropaya yollanmaq ola...

2 il əvvəl “Neftçi” Avroliqanın II təsnifat mərhələsində öz meydanında “Koper”ə 1:2 hesabı ilə uduzmuşdu. Həmin vaxt “ağ-qaralar”ın rəhbərliyi bu nəticəni uğursuzluq kimi qəbul edirdi. Hətta deyilənə görə, səfərə yollanmayan klub prezidenti Sadıq Sadıqov rəsmilərə, məşqçilər korpusuna “mərhələ adlamasaz, istefanızı elə orda verin” mesajını yollamışdı. Çətin sınaqdan üzüağ çəkən “Neftçi”, sonradan nəniki “Koper”i, hətta “Çixura”nı da adlamaqla pley-offa yüksəldi. O, əsl “Neftçi” idi. Hansı ki, həmin vaxt “Neftçi”də komanda ruhu var idi. İndi o ruhdan əsər-əlamət yoxdu. Biz artıq “Neftçi”ni itirmişik. Bu gün gördüyümüz komanda “Neftçi” deyil. Bu, yalnız müəyyən şəxslərin marağına xidmət edən sıravi bir komandadır, vəssəlam...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30