24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Filip Ozobiç: “Lill”i udmaq olar”

“Erkən qol vurduq. Bu məqam işimizi asanlaşdırdı. Hər 2 oyunda MTK-dan güclük idi. Layiqli şəkildə mərhələ adladığımızı düşünürəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin üzvü Filip Ozobiç deyib.

Xorvat futbolçu Macarıstan 2:1 hesablı qələbə qazanmalarına baxmayaraq, cavab matçına ciddi yanaşdıqlarını vurğulayıb: “Arxayınçıqlıq olmadı. Görüşə ciddi hazırlaşdıq. Bunun da nəticəsində oyuna üstün başladıq. Rəqibə heç bir şans vermədik”

Ozobiç növbəti mərhələdə üz-üzə gələcəkləri “Lill”dən də söz açıb: “Təbii ki, növbəti rəqibimiz daha gücüdür. Amma “Lill”i udmaq olar. Bunun üçün bütün gücümüzü meydanda qoymalıyıq”

Filip Ozobiç vurğulayıb ki, ilk matçı səfərdə keçirməyin ciddi önəmi yoxdur: “İlk matçı səfərdə keçirməyimizin fərqi yoxdur. Onsuz da həm evdə, həm də səfərdə meydana çıxacağıq. Əsas yaxşı hazırlıq keçib, tam gücünlə mübarizə aparmaqdır”,

“Qəbələ”nin yarımmüdafiəçisi matçdan sonra MTK-nın müdafiəçisi Mato Qrqiçlə səmimi söhbət etməsinin səbəbini də açıqlayıb: “O mənim uşaqlıq dostumdur. Xeyli müddət birgə çıxış etmişik, Qrqiç mənim kapitanım olub. Söhbətimiz zamanı o da etiraf etdi ki, “Qəbələ” üstün idi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30